Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən, Svetlana Mahmudovanın məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 27-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.