Təhsil Nazirliyində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət proqramı çərçivəsində təhsil alacaq tələbələrlə görüş keçirilmişdir

 

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti bir qrup tələbə ilə görüşmüşdür.

Təhsil Nazirliyindən bildirmişlər ki, görüşdə M.Cabbarov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edən nazir tələbələri təbrik edərək onlara uğurlar arzulamışdır.

Tələbələrə təhsil alacaqları ölkə və ali məktəblər barədə  məlumatlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 13 sentyabr.- S. 3.