Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"ni "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 258, ¹ 12, maddə 1058; 2009, ¹ 2, maddə 75, ¹ 7, maddə 532, ¹ 8, maddə 618, ¹ 10, maddə 776; 2010, ¹ 2, maddə 88, ¹ 7, maddə 610, ¹ 8, maddə 717, ¹ 9, maddə 770; 2011, ¹ 4, maddə 282, ¹ 10, maddə 891; 2012, ¹ 8, maddə 787) ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 6.3-cü bənddən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə," sözləri çıxarılsın.

 

2. 8.1.5-ci, 8.10.2-ci, 10.2.2.2-ci yarımbəndlər və 8.12-ci bənd ləğv edilsin.

 

3. 10.2.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

"10.2.1.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında;".

 

4. 12.1-ci bənddən "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə"," sözləri çıxarılsın.

 

5. 12.5.1-ci yarımbənddən "və qeydiyyat" sözləri çıxarılsın.

 

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 2.