İqtisadi uğurların təntənəsi

 

Ölkə başçısı son aylarda respublikanın 19 rayonuna səfəri zamanı 67 sosial obyektin açılışında iştirak edib və 7 obyektdə aparılan böyük abadlıq-quruculuq işləri ilə tanış olub

 

 

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevrilib. Zəngin təbii sərvətlərdən səmərəli istifadə olunması, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Müxtəlif beynəlxalq qurumlar respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar.

İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyününsuverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 10 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilib. Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. 2012-2013-cü illər hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının  səmərəliliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutub.

 

Bölgələr davamlı inkişaf edir

 

Ölkə başçısının 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başlıca məqsədi də respublikada qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Sahibkarlığın inkişafı da ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi; sahibkarlıq fəaliyyətinin sahə, regionaltexnoloji baxımdan strukturunun optimallaşdırılması; kiçik, ortairi müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi; sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi; ticarət yarmarkalarının yaradılması; yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması; sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Ümumiyyətlə, dövlət başçısının son 10 ildə imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq, yüksək dinamizm təmin edilmiş, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir. İnkişaf, sosial təminat və struktur yönümlü bu layihələr ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, davamlı və sabit inkişafa xidmət etmişdir.

 

Vətəndaşa layiqli xidmət məramı

 

Dövlət başçısının praqmatizmə və real əməli işə söykənən siyasətinin əsasında məhz insan və şəxsiyyət amili dayanır. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır", - deyə hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən dövlət başçısı eyni zamanda Nazirlər Kabinetinin müntəzəm olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 10 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Ölkə başçısının qətiyyəti və prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli fəaliyyətini şərtləndirməklə yanaşı, həyata keçirilən islahatların səmərəli nəticələr verməsini də təmin etmişdir.   "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları bir daha bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi insanların firavanrahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin son 10 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

 

 

Verilən vəd və real nəticə

 

Prezident İlham Əliyevin ölkəmizin şimal və şimal-qərb bölgəsinə 4 günlük səfəri zamanı 24 sosial obyektin açılışında iştirakı və 4 obyektdə aparılan tikinti-yenidənqurma işləri ilə tanış olması deyilənlərə əyani misaldır. Ölkə başçısının İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Balakən, Zaqatala rayonlarına səfərləri adıçəkilən rayonlarda iri avtomobil yollarının, mədəniyyət mərkəzlərinin, olimpiya idman komplekslərinin, yeni məktəb və uşaq bağçalarının, elektrik stansiyalarının, mühüm turizm obyektlərinin açılışı ilə əlamətdar olmuşdur.

Ölkə başçısı Balakəndə Mədəniyyət Mərkəzinin açılışında bildirib: "Hər bir bölgənin uğurlu inkişafı nəticədə ölkəmizin inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar aparılır və bu ilin 7 ayının göstəriciləri də çox müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu da dünyada rekord göstəricidir. Bütün maliyyə, iqtisadi böhranlar Azərbaycandan yan keçir. Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda, bəzi başqa ölkələrdən fərqli olaraq, düşünülmüş siyasət aparılır və heç vaxt lazımsız borclanma siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq, müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə güclənir və iqtisadi müstəqilliyi nəticəsində siyasi müstəqilliyini təmin edir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən edilibdir. Biz inkişaf etmiş ölkəyə çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq üçün, əlbəttə ki, hər bir vətəndaşın töhfəsi çox vacibdir. Balakənlilər həmişə olduğu kimi, vətənə, dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim ümumi işimizə də təkan verirlər. Belə gözəl binaların yaradılması, əlbəttə ki, dediyim sözlərin sübutudur".

 

 

Bütün bölgələrdə Heydər Əliyev mərkəzləri yaradılır

 

Prezident İlham Əliyevin Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran və Astara rayonlarına səfəri bir daha göstərdi ki, regionların inkişafı davamlı və dinamikdir. Bu səfər regionların sosial obyektlərinin və yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun yenidən qurulmasının, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinin, insanların sosial qayğılarının, mədəni istirahətlərinin, o cümlədən gənc nəsli düşündürən məsələlərin dövlətin diqqət mərkəzində olduğunu göstərdi.

Ölkə başçısının Biləsuvar, Yardımlı rayonlarına və Lənkəran şəhərinə səfərləri çərçivəsində yeni içməli su xətlərinin istifadəyə verilməsi göstərdi ki, dövlətin sosial siyasətinin mərkəzində məhz vətəndaş dayanır. Bu məqsədlə keçirilən mərasimlərdə qeyd olunduğu kimi, bu proses davamlıdır və hər bir şəhərin, kəndin, qəsəbənin təmiz içməli su təchizatının yüksək səviyyədə təmini daim diqqət mərkəzində olacaq.

Prezident İlham Əliyevin regionlara səfəri yeni idman oybektlərinin istifadəyə verilməsi baxımından da əlamətdardır. Masallıda TaekvondoBoks mərkəzləri, Astarada Boks Mərkəzi istifadəyə verildi. Bu idman komplekslərinin hər birində yarışların və məşqlərin keçirilməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Binaların texniki təchizatı ən müasir standartlara cavab verir. Burada gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçünimkanlar yaradılıb.

Azərbaycanın bütün bölgələrində müasir standartlara cavab verən diaqnostika mərkəzlərinin, xəstəxanaların, poliklinikaların tikilməsi, köhnə, yararsız vəziyyətdə olanların təmir edilməsi məqsədilə dövlət büdcəsindən vəsaitlərin ayrılması ölkəmizin məqsədyönlü sosial siyasətindən xəbər verir. 2013-cü ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib. Prezident İlham Əliyevin respublikanın bölgələrinə hər səfərində yeni səhiyyə obyektləri istifadəyə verilib. Bu il Cəlilabadda rayon mərkəzi xəstəxanasının inşası, Astarada və Lənkəranda isə mərkəzi xəstəxanaların yenidən qurulması başa çatdırılıb. Bu rayonlara səfər zamanı Prezident İlham Əliyev Cəlilabadda xəstəxananın açılışında iştirak edib, Astarada və Lənkəranda aparılan yenidənqurma işləri ilə tanış olub. Bu səhiyyə ocaqlarında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş bu tibb ocaqları ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi də günümüzün aktual məsələlərindən biridir. Son illərdə Bakıda və ölkənin hər yerində insanların rahatlığını təmin etmək, tıxacların qarşısını almaq üçün yol infrastrukturu tamamilə yenidən qurulub, mövcud yollar genişləndirilib və ya yeniləri çəkilib. Hazırda diqqət yetirilən əsas məsələlərdən biri regional əhəmiyyətli, o cümlədən kəndarası yolların yenidən qurulmasıdır. Prezident

İlham Əliyevin səfəri zamanı Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı, Astarada Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə, Lənkəranda Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun, Yardımlıda isə Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin istifadəyə verilməsi də bunu təsdiq edir. Bu yollar 150 mindən artıq insanın yaşadığı 85 yaşayış məntəqəsini əhatə edir.

Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırkı sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Bu reallığı nəzərə alan Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir. Hazırda regionlarda inşa olunan gənclər mərkəzləri də bu məqsədə xidmət edir.

Qeyd edək ki, bu il ərzində dövlət başçısının səfər etdiyi rayonların bəzilərində gənclər mərkəzləri inşa olunub və istifadəyə verilib. Bu dəfə isə Lənkəran şəhərində Gənclər Mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev burada cənub bölgəsinin ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşüb. Mərkəzdə gənclərin müxtəlif tədbirlər keçirməsi, istirahəti, həmçinin əyləncəsi üçün imkanlar yaradılıb.

Prezident İlham Əliyev səfəri zamanı Salyan, Biləsuvar və Yardımlıda Heydər Əliyev Mərkəzinin açılışında, Masallıda isə Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonrakı açılışında iştirak edib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin təbliğində və gələcək nəsillərə çatdırılmasında böyük rol oynayan bu mərkəzlər həm də yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı təşkili, müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, biliklərinin artırılmasına və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kursların təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfər zamanı cənab Prezidentin iştirakı ilə Biləsuvar, Yardımlı və Masallıda Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının, həmçinin Salyan və Biləsuvar rayon icra hakimiyyətlərinin yeni inzibati binalarının açılışı oldu. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının regionlarda fəaliyyətinin daha da güclənməsinə, rayon icra hakimiyyətlərinin yeni inzibati binalarındakı ən müasir şəraiti isə onların işinin çevikliyinə, operativliyinə və yüksək idarəetmə mexanizmləri çərçivəsində qurulmasına xidmət edir.

Ümumilikdə Prezident İlham Əliyev 2 gün ərzində 7 rayona səfəri zamanı 27 sosial, iqtisadi, mədəni və inzibati infrastrukturun - 4 avtomobil yolunun, 3 xəstəxananın, 3 su xəttinin, 4 Heydər Əliyev Mərkəzinin, 3 idman mərkəzinin, YAP-ın 3 rayon təşkilatının və iki rayonun icra hakimiyyətinin yeni inzibati binalarının, həmçinin hərbçilər üçün yaşayış kompleksinin, Bayraq meydanının, körpələr evinin, gənclər və mədəniyyət mərkəzlərinin açılışında iştirak edib.

 

 

Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilib

 

Prezident İlham Əliyev bu günlərdə Yevlax, Bərdə rayonlarına, Naftalan şəhərinə, eləcə Şəmkir Gədəbəy rayonlarına iki günlük səfəri zamanı  16 sosial obyektin açılışında iştirak etmiş 3 obyektdə isə aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Ölkə başçısının adları çəkilən rayonlara səfəri Heydər Əliyev Mərkəzinin, avtomobil yollarının, məcburi köçkün ailələri üçün yeni salınmış məhəllənin, yeni xəstəxananın, məktəb binalarının, mehmanxana komplekslərinin, körpülərin, içməsi suyun verilməsi mərasimi, Bayraq Meydanı Mərkəzinin açılışı ilə əlamətdar olmuşdur.

Ölkə başçısı Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirakı zamanı bildirib: "Regional inkişaf proqramı hər il yüz milyonlarla manat vəsaitin qoyuluşu deməkdir. Son 10 il ərzində isə bütövlükdə ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait qoyulmuşdur. Yəni əgər illərə bölsək, hər il orta hesabla 15 milyard dollar, yəni Azərbaycan kimi ölkə üçün bu, çox böyük rəqəmdir. Bütün bu vəsaiti biz düşünülmüş siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət nəticəsində əldə etmişik. Azərbaycan xalqının zəhməti, istedadı hesabına və düzgün siyasət hesabına biz buna nail ola bilmişik. Bu gün Azərbaycanda olan dinamik inkişaf heç bir yerdə yoxdur. Mən bunu tam əminliklə və qətiyyətlə deyirəm. Ona görə yox ki, biz burada özümüzü tərifləyirik. Amma bu, reallıqdır. Heç bir ölkə son 10 il ərzində Azərbaycan qədər inkişaf etməyib və inkişaf etmir. Bu ildinamik inkişaf təmin edilib. Altı ayın yekunları da onu göstərir. Qeyri-neft sektoru sürətlə inkişaf edir, yerləri açılır, yoxsulluq azalır və abadlaşan şəhərlərimiz dediyim sözlərin ən gözəl təsdiqidir. Bir daha demək istəyirəm ki, bu reallıq özünü Şəmkir rayonunun timsalında da çox gözəl şəkildə göstərir".

Əldə olunan nəticələr bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 2.