«Azərbaycan»çılar qəzetin 95 illiyini qeyd etdilər

 

Dünən səhər "Azərbaycan" qəzetinin əməkdaşları adi qayda ilə redaksiyaya gəlib özlərinin növbəti günlərinə başladılar. Əslində isə bu, onlar üçün adi bir gün deyildi. Çünki sentyabrın 15-də indi onların çalışdığı, ilk nömrəsi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə çap olunmuş "Azərbaycan" qəzetinin 95 illiyi tamam olur.

Tarixi 1918-ci ildən başlanan "Azərbaycan" dövlət müstəqilliyinin atributu olmuş, onun simvoluna çevrilmiş bir qəzetdir. Çalışdığımız "Azərbaycan" qəzeti onun xələfidir və biz bundan qürur duyurbu günlərdə öz sələfimizin 95 illiyini böyük fəxarətlə qeyd edirik. Sentyabrın 14-də bütün günü başında olsaq da, müsəlman Şərqində ilk demokratik respublikanın mətbu orqanı olmuş, rəsmi dövlət statusu daşımış qəzetini hər an fikrimizdə dolandırırdıq. O dövrdə çıxan "Azərbaycan"ın azad fikrin, fikir plüralizminin, iqtidarda olan qüvvələrin süverenlik, müstəqillik uğrunda mübarizəsini dəstəkləyən bir orqan olduğu barədə qəzetimizin bu günlərdə çıxan nömrələrində də vurğulanıb. Bir sözlə, "Azərbaycan" qəzetinin ad günü bizim üçün ikiqat əzizdir.

Qəzetçilərin hər günü işin çoxluğuoperativliyi baxımından gərgin olur.  Bununla belə, "Azərbaycan"ın əməkdaşları qəzetin ad günündə redaksiyanın "Heydər Əliyev və Azərbaycan Mətbuatı" muzeyinə toplaşaraq şirin çay süfrəsi arxasında "yubilyar" haqqında geniş və səmimi söhbət açdılar.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov "Azərbaycan"çıların bayramını təbrik etməyə gəlmiş Mətbuat Şurasının sədri Əflatun Amaşovuredaksiya əməkdaşlarını salamladı. O, qəzetin tarixinə bir daha nəzər saldı. Bu günlərdə cümhuriyyət dövrünün "Azərbaycan"ı haqqında qəzetin səhifələrində ətraflı bəhs olunduğunu bildirdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan"çılara müraciətlə dedi:

- Bu gün həm "Azərbaycan"ın kollektivinin və oxucularının, həm də Mətbuat Şurasının bayramıdır. Son günlərdə qəzetin səhifələrində cümhuriyyət dövründə çap olunmuş nömrələrin xatırlanması, qəzetin ilk redaktorlarının və əməkdaşlarının həyatından bəhs olunması bu mətbu orqanın tarixinə sanki bir işıq salır. Bu məqalələr o dövrdə gedən mübarizəni, Azərbaycanın bütün ərazisində baş verən olayları, erməni-Azərbaycan münaqişəsinə aid həqiqətləri bir daha yada salır. "Azərbaycan" qəzeti o zaman cümhuriyyətin fəaliyyətinə aid ən vacib xəbərləri birinci olaraq yayıb.

Ə.Amaşov "Azərbaycan" qəzetini "Əkinçi"dən sonra xalqımızın tarixinə qızıl hərflərlə yazılmağa layiq olan bir qəzet adlandırdı. O, "Azərbaycan" qəzetinin indi həqiqətən öz sələfinin yolunu uğurla davam etdirdiyini vurğulayaraq dedi:

- Bu gün də "Azərbaycan" qəzeti Azərbaycan jurnalistikasının şah əsəridir, Azərbaycan ictimaiyyətinin fikir mərkəzidir. Ölkədə gedən bütün proseslər onun səhifələrində öz əksini tapır və cəmiyyətdə rəğbətlə qarşılanır. Mətbuat Şurası, eləcə də şuranın sədri olaraq mən şəxsən "Azərbaycan" qəzetinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bir oxucu kimi də qəzetin hər nömrəsini, yazıların mütləq əksəriyyətini oxuyuram. Jurnalist işi çətin və şərəfli bir işdir. Jurnalistlər Vətənini sevən, iradəcə möhkəm, xalqına fayda verən insanlardır. "Azərbaycan"da çalışanlar da məhz belə insanlardır. Qəzetin bu nailiyyətləri həm onun redaktorunun, həm də bütün əməkdaşlarının birgə əməyinin nəticəsidir. Azərbaycanın inkişafında, Azərbaycan jurnalistikası tarixində böyük rolu olan bir qəzetdir. Bu gün sizin hər birinizin və bütövlükdə Azərbaycan jurnalistikasının, Azərbaycan xalqının bayramıdır.

"Azərbaycan"çılar bu bayramı özünəməxsus şəkildə, hər cür rəsmiyyətdən uzaq, öz səmimi fikirlərini, arzularını, yaradıcılıq təkliflərini söyləyərək qeyd edirdilər.

Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov dedi:

- "Azərbaycan" qəzeti haqqında hamımızın kifayət qədər bilgilərimiz var. Bu günlərdə qəzetin nömrələrində indiyə qədər adda-budda deyilmiş haqqında geniş danışılmayan mövzuda yazılar dərc edilib. Bu yazılardakı faktlar bir daha göstərir ki, "Azərbaycan" qəzetində işləmək heç asan olmayıb. 1918-1920-ci illərdə orada işləyənlər repressiyalara, təqib təzyiqlərə məruz qalıblar. Onların qismətinə yoxsulluq, qəriblikdə yaşamaq düşüb. Ümumiyyətlə, jurnalist həyatı heç vaxt asan olmur. Çünki doğru, ədalətli söz demək, gələcəyin carçısı olmaq, sabaha ünvanlanmış, reallaşması nəzərdə tutulan plan ideyaları təbliğ etmək asan başa gəlmir. Buna görə qəzet yazarları heç asan ömür sürmürlər. Cümhuriyyət cəmi 23 ay yaşadı. Onun 443 nömrəyə paylanmış bir həyatı olan "Azərbaycan" qəzeti 1918-ci il sentyabrın 15-  doğuldu, 1920-ci il aprelin 28-də Bakıda vida nömrəsi ilə öz ömrünü başa vurdu. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyi ərəfəsində olanda, müstəqilliyini qazandığı məqamda "Azərbaycan" qəzeti "Həyat" adı ilə yenidən nəşrə başladı. Növbəti ilin sentyabr ayında isə qəzetin adı da özünə qaytarıldı.  İndi "Azərbaycan" öz adına, öz əqidəsinə, öz məramına, öz yoluna sadiq bir şəkildə buraxılmaqdadır.

Tədbirdə xatırlandı ki, bugünkü "Azərbaycan" müstəqilliyimizin 22 ilində Azərbaycan xalqı dövləti ilə birlikdə ağır sınaqlardan maneələrdən keçib. Elə anlar olub ki, müstəqilliyimiz məhvolma həddinə çatıb. Azərbaycanın nəinki müstəqilliyi, hətta özü bu təhlükə qarşısında olub. Ulu öndər Heydər Əliyev xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra onu cümhuriyyət dövründəki taledən xilas edib. Buna görə müasir Azərbaycan dövlətinin banisi yaradıcısı məhz ulu öndər Heydər Əliyevdir! Əgər ulu öndərin bu qayıdışı olmasaydı, "Azərbaycan" qəzetinin ömrü cümhuriyyət dövründəki kimi olardı. Bu gün biz çox şadıq ki, "Azərbaycan" qəzeti yaşayır sələfinə layiq fəaliyyət göstərir.

"Azərbaycan"çılar onu da yaxşı xatırlayırlar ki, ulu öndər Heydər Əliyev qəzetimizə iki dəfə - onun 80 illik yubileyi 1500-ci nömrəsinin çıxması ilə təbrik göndərib. Orada ümummilli lider "Azərbaycan" qəzetinin fəaliyyətinə yüksək qiymət verib. Bu, bizim üçün çox dəyərlidir!

Bu gün "Azərbaycan" qəzetinə öz oxucularından əməkdaşlarından da çoxlu təbriklər gəlmişdi. Onlardan birini "Azərfon" telekommunikasiya şirkətinin direktoru Kent Maknili rəhbərlik etdiyi kollektivin adından göndərib. Bu isə onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, işləyən əcnəbilər qəzetimizi oxuyur onunla əməkdaşlıq edirlər. Maknili öz təbrikində qeyd edir ki, "Azərbaycan" qəzeti bütün fəaliyyəti dövründə geniş oxucu auditoriyasına hesablanmış çoxsahəli operativ xəbərlərlə ölkə mətbuatında öz sözünü deyən bir informasiya resursu kimi tanınmışdır. Şirkətimiz "Azərbaycan" qəzeti ilə əməkdaşlıqdan çox məmnundur. Bizim gələcəkdə işgüzar əlaqələrimizin daha da genişlənməyinə böyük inamımız var.

Təbriklər arasında "Kapital Bank"ın, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səmimi ürək sözləri vardı.

Qəzetin şöbə müdiri İradə Əliyeva qəzetin bugünkü nüfuzundan, onun müəllifləri arasında Azərbaycanın görkəmli alimləri ziyalılarının üstünlük təşkil etdiyindən danışdı. Qeyd etdi ki, qəzetin səhifələrində işıqlandırılan hadisələr, faktlar rəqəmlər geniş oxucu kütləsi üçün bir istinad mənbəyinə çevrilib. O, eləcə həmkarlarının yüksək peşəkarlığa nail olduqlarından, işə böyük məsuliyyətlə yanaşdıqlarından da danışdı bu qəzetdə çalışmağın hər jurnalist üçün qürur olduğunu vurğuladı. 

Qəzetin əməkdaşı Rəhman Salmanlı söhbətə qatılaraq son dövrlərdə müxtəlif kitabxana arxivlərdə qəzetin tarixini vərəqlədiyini söylədi. Cümhuriyyət dövrünün nömrələrini araşdırmaq, onları Azərbaycan xalqının sərvəti etmək çətin bir işdir. Çünki sovet dönəmində bu qəzetin nömrələri arxiv künclərinə atılmış, hamıdan gizlədilmiş yaxşı ki, onun əksər nömrələri bizədək gəlib çatmışdır...

İndi 95 yaşlı "Azərbaycan" çoxsəhifəli, iriformatlı qəzetdir. Bügünkü "Azərbaycan" keyfiyyət məsələləri, jurnalist peşəkarlığı baxımından qəzetin ümumi səviyyəsinin yüksəlməsi ilə yanaşı, həm dövlət başçısı İlham Əliyevin qayğısı nəticəsində rəngli çap olunur. Müasir "Azərbaycan"ımıza Azərbaycanın böyük uğurlarını təbliğ etmək, BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkəmiz haqqında yazmaq, onun dünyaya inteqrasiyası, beynəlxalq təbdirlər məkanına, dünyada söz sahibinə çevrilməsi barədə söz açmaq,  bir sözlə, dövrümüzün salnaməsini yaratmaq xoşbəxtliyi nəsib olub. Bu, bizim üçün fəxrdir!

Qarşımızda çox böyük vəzifələr durur. Lakin biz həmişə nikbinik. "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qarşıya qoyduğu  mühüm vəzifələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uğurla həll edəcəyimizə əminik. Əminik ki, gələcəkdə ərazi bütövlüyü bərpa olunmuş, qaçqınları yurd-yuvasına qayıtmış, daha yüksək inkişaf səviyyəsinə çatmış, dünyanın iqtisadi qurumlarının tərtib etdiyi reytinq cədvəllərində ilk onluğa düşən dövlətlərdən biri olan Azərbaycanımızın nailiyyətlərindən həvəs yaradıcılıqla yazacağıq.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 15 sentyabr.- S. 5.