Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"ni "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 239; 2008, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 193, ¹ 7, maddə 625; 2011, ¹ 2, maddə 85, ¹ 3, maddə 178, ¹11, maddə 994; 2012, ¹ 4, maddə 287; 2013, ¹ 2, maddə 121, ¹ 5, maddə 513) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

 

1. 9.7-1-ci bənddən "və onlara müvafiq vəsiqələrin verilməsini təmin etmək" sözləri çıxarılsın.

 

2. Aşağıdakı məzmunda 9.7-2-ci bənd əlavə edilsin:

 

"9.7-2. "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata almaq;".

 

3. 9.21-2-ci bəndin əvvəlinə "əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması," sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 sentyabr 2013-cü il

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 2.