«The Economist»: Azərbaycanın dünya birliyində yeri

 

Amerikada nəşr olunan "The Economist" jurnalının 12 sentyabr nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun "Azərbaycanın dünya birliyində yeri" sərlövhəli məqaləsi dərc olunmuşdur. Bu, elə həmin jurnalın 2 sentyabr nömrəsində çıxmış  "Seçkilərə necə hazırlaşmamaq olar?" sərlövhəli məqaləyə  cavab şərhidir.

E.Aslanov şərhində yazır ki, Azərbaycan hökuməti kütləvi informasiya vasitələrinin hər hansı dövlətin vətəndaşlarının həyatında əhəmiyyəti barədə  ətraflı məlumata malikdir. Azərbaycan hökuməti KİV-lərin azadlığını dəstəkləyir müdafiə edir. Məhz buna görə hökumət Azərbaycanda nəşr olunan yüzlərlə gündəlik qəzet, jurnal mətbu orqanların  formatına məzmununa müdaxilə etmir.

Siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri yazır ki, Azərbaycanda müəyyən problemlər olsa da,  vaxtı  gələndə onların hamısı həll edilir. Elnur Aslanov vurğulayır: "SSRİ-nin 70 illik hakimiyyətinin xarabalıqlarından bir nəsildən az müddət ərzində müasir, dünyəvi demokratik cəmiyyət yaratmaq o qədər asan məsələ  deyildir. Buna baxmayaraq, hazırda Azərbaycan harmonik, tolerant, polietnik polikonfessional dövlətdir, Avropa ilə Asiya arasında sosial-siyasi iqtisadi vəsilə rolu oynayan,  get-gedə güclənən təsir mənbəyidir.  Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşdır. O cümlədən

NATO bu  tərəfdaşlıqdan Əfqanıstanda koalisiya qüvvələrinə maddi-texniki mallar göndərilməsi üçün dəhliz kimi istifadə etməyə ümid bəsləyir.  Müəllif bildirir ki, Azərbaycan dövləti qısa müddətdə ölkənin iqtisadi inkişafında müəyyən uğurlara nail olmuşdur.

Məsələn, Dünya İqtisadi Forumu tərəfindən dərc olunan  Qlobal rəqabətə davamlılıq üzrə hesabata görə,  hazırda Azərbaycan  148 ölkə arasında 39-cu yerdədir. Hesabatda çoxsaylı amillər qeyd edilmiş, o cümlədən 2001-ci ildə 50 faiz olan yoxsulluq səviyyəsinin azalaraq  2013-cü ildə 6 faizə düşməsi barədə məlumat verilmişdir. Elnur Aslanov bütün deyilənləri nəzərə alaraq qeyd edir ki, "azad və ədalətli  seçkilər bütün demokratik proseslərin təməlidir.  Azərbaycan davamlı iqtisadi inkişafın, qlobal məkanda sosial-siyasi təhlükəsizliyin tərəfdarı olduğuna görə ölkə hökuməti şəffaf, azad və ədalətli seçkilərin təmin olunması üçün hər cür səy göstərəcəkdir".

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.