«The United Press International»: Azərbaycan qazının əhəmiyyəti artır

 

ABŞ-da çıxan "The United Press International" qəzetində ABŞ-ın Energetika Nazirliyinin Azərbaycan qazının Avropaya  ixracına dair mövqeyi barədə məlumat dərc olunmuşdur. Məlumatda deyilir: "Şahdəniz" yatağının işlənilməsi ilə əlaqədar Azərbaycanın təbii qaz hasilatçısı ixracatçısı kimi əhəmiyyəti artır".

ABŞ-ın Energetika Nazirliyinin Energetik informasiya idarəsinin  məlumatına görə, Azərbaycan qazının 35 milyard kubfutu (1 kubfut 0,028 kubmetrə bərabərdir)  məhz "Şahdəniz" yatağındadır. Energetik informasiya idarəsinin analitik hesabatında "Cənub dəhlizi"  layihəsindən Azərbaycan qazının Cənubi Qafqaz qaz kəməri ilə Transanadolu qaz kəmərinə nəqlindən danışılır. Daha sonra Transadriatik qaz kəməri ilə birləşəcək Transanadolu qaz kəməri ilə  2019-cu ildən başlayaraq Avropaya qaz ixrac olunacaqdır.

Azərbaycan 2007-ci ildən qaz ixracatçısına çevrilmişdir.

 

 

Yusif BABANLI,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 3.