Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul etmişdir

 

Sentyabrın 13-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Yevlax şəhərində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində keçirilən qəbulda Mingəçevir şəhərindən, Yevlax, Goranboy, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, Bərdə, Beyləqan, Tərtər, Ağcabədi, FüzuliAğdam rayonlarından olan vətəndaşların müraciətlərinə baxılmışdır.

Qəbulda vətəndaşlar əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, həmçinin komitənin digər fəaliyyət istiqamətinə aid olan məsələlər barədə müraciətlər etmişlər.

Bəzi müraciətlərin həlli istiqamətində tapşırıqlar verilmiş, araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınmışdır. 

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.