Qafqaz İslam Ordusu

 

Bakı Kommunasının rəhbəri, Şamaxı, Quba və Bakıda soyqırımının təşkilatçısı olan Stepan Şaumyan bu hadisələrdən çox narahat idi: türk ordusu Gəncədə möhkəmlənərək artıq erməniləri itaət altına almışdı, Azərbaycan Xalq CümhuriyyətiMilli Şurası ilə Nuru paşa arasında heç bir ziddiyyət yox idi. Əsas vəzifə kimi qarşıda Azərbaycanda milli ordunun qurulması və Vətən torpaqlarının işğalçılardan təmizlənməsi dayanırdı.

 

 

 

Bakı Kommunası bakılılara qarşı

 

 

 

Stepan Şaumyan vəziyyəti Leninə bildirdi və təcili olaraq qırmızı ordunun yardıma gəlməsini xahiş etdi. Ümumən, bolşeviklər Bakının türklərin əlinə keçə biləcəyindən bərk narahat idilər. Rusiya xarici işlər komissarı Çiçerin Moskvadakı səfir Qalib Kamali bəyə verdiyi notada bildirirdi ki, Qars, Ərdəhan və Batumdan sonra türklərə bir qarış belə torpaq verilməyəcək. Almaniya və Türkiyə arasında da ziddiyyətlər davam edirdi - o da türk ordusunun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxırdı. Üstəlik, ingilislərin Bakı neftini ələ keçirmək üçün aparacağı hərbi hərəkat planı da İstanbulda məlum idi. İngilislərin qarşısını almaq üçün Yaqub Şövqi paşanın komandanlığı altında 9-cu Ordu dərhal Təbriz, XoyUrmiya gölü ətrafında cəmləşdi və beləcə onların Azərbaycana girməsinin qarşısı müəyyən müddətə alındı.

Moskva, Berlinİstanbulda bu məsələlər qızğın müzakirə olunarkən Ənvər paşa Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi açıq əmrdə Gəncədəki hərbi hərəkatın dərhal dayandırılmasını, Şərq Orduları Qrupu komandanı Xəlil paşaNuru paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə isə Bakının düşmən tapdağından tezliklə azad olunması üçün çox sürətlə hərəkət edilməsini istəyirdi.

Azərbaycandakı hadisələri diqqətlə izləyən İngiltərə Bakı neftinin bolşeviklər ilə Osmanlı dövləti və Almaniya arasında maraq toqquşmasına səbəb olduğunu görərək bu dəfə İraqdakı hərbi qüvvələrinin bir hissəsini Fars körfəzi vasitəsilə Xəzər dənizi sahillərinə göndərdi. İngilislər Cənubi Azərbaycandakı Ənzəli limanına çatıb bu bölgədə olan polkovnik Biçeraxovla görüşdülər. O, bolşeviklərə düşmən idi, ona görə ingilis hərbi qüvvələrinin komandanı, general Denstervillə asanlıqla anlaşdılar və rus kazaklarının əvvəlcədən gəmilərlə yola çıxaraq Bakının cənubundakı Ələtə daşınması və daha sonra ingilis hərbi qüvvələrinin Bakıya getməsi qərara alındı. Bakıdakı bolşevik-erməni qüvvələri isə Gəncə üzərinə yerimək üçün artıq 30 tabordan ibarət bir ordu yaratmışdılar. Həmin orduda ermənilərin sayı 60 faizi adlayırdı.

Nuru paşanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşlər nəticəsində könüllülər  sürətlə toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından yığışan, əli silah tutan hər bir kəs qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundular.

Türkbolşevik qüvvələri Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Nuru paşa 5-ci Qafqaz piyada diviziyasının komandiri Mürsəl bəyə 22 iyunda göndərdiyi əmrdə deyirdi: "Vətənindən uzaqda ağır bir vəzifə daşıyan Osmanlı zabitlərinin üstün düşmən qüvvələri qarşısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün ümidimiz ordumuzun başlayacağı hərbi hərəkatda bolşevik qüvvələri əzməsinə bağlıdır. Zaman gözləməyə müsaid deyildirarxadan təzə gücləndirici qüvvə göndəriləcəyinə dair bir işarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin üzərinə düşən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi şərtdir".

Türk Qafqaz İslam Ordusu Göyçayı və Qaraməryəmi işğalçılardan təmizlədiyi bir vaxtda polkovnik Biçeraxov 1500 nəfərlik hərbi qüvvəsi ilə Ənzəlidən gəmilərlə gələrək 2 iyul 1918-ci ildə Ələt qəsəbəsinə çatdı. O, Şaumyan ilə görüşüb cəbhə bölgəsində birgə araşdırmalar apardı. Biçeraxov da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Ağır döyüşlərin getdiyi bu dövrdə bolşeviklər Gürcüstan hökumətindən dəmiryolunu bağlayaraq türk hərbi qüvvələrinin istifadə etməsinə imkan verməməyi tələb edirdilər. Tiflisdə çap olunan qəzetlər hökumətin buna müsbət cavab verdiyini yazırdı. Bütün bunları nəzərə alaraq Nuru paşa 5-ci Qafqaz piyada diviziyası komandanlığına göndərdiyi gizli əmrdə deyirdi: "Almanlar Bakının Osmanlı qoşunu tərəfindən ələ keçirilməsi ilə barışa bilmədiklərindən işə müdaxilə etməyə hazırlaşırlar. Vəhib paşa əməliyyatın sürətlə icra edilməsini əmr edir. Bizə başqa kömək və sursat da gəlməyəcəkdir. Hal-hazırda bolşevik qüvvələrinin sayı yüz mini keçməkdədir. Vaxt ötdükcə düşmənin İranda yerləşən Baratov qüvvələrindən istifadə etməsi və kənardan əlavə kömək alması mümkündür. Allahın köməyinə sığınaraq, ümumi hərəkətə şənbə günü, sübh tezdən başlamağı münasib bilirəm. Hədəfiniz Bakı olacaqdır" .

Çətinliklə də olsa, qələbə türk ordusunun tərəfində idi. Çünki Tanrı minlərlə şəhid verən türkün tərəfində idi. Ağsunun, Kürdəmirin ardınca Şamaxı azad ediləndən sonra Bakıdakı Xalq Komissarları SovetiŞaumyan bütün ümidini Rusiyadan gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırmağa başlamışdı. Ukrayna cəbhəsində xidmət edən Petrov son dərəcə yaxşı hazırlıq keçmişüstün silahları olan 780 nəfərlik bir ordu ilə köməyə göndərilmişdi. Amma bunlar Qafqaz İslam Ordusunun Bakıya doğru yürüşünü saxlamaq gücündə deyildi. Nuru paşa yazırdı: "Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Uşaq-muşaqdan meydana gələn xalq düşmənin çəkilməsini çətinləşdirir. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir".

 

 

"Sağ qalanlar analara təsəlli..."

 

 

 

O illərdə döyüşən ordunun sıralarında olan Əhməd Cavad yazırdı:

 

Sağ qalanlar analara təsəlli,

 

Şəhidlərin ruhu gülər, inşallah.

 

 

Bütün maneələri adlayaraq Bakıya yaxınlaşan 5-ci Qafqaz piyada diviziyasının qərargahı Güzdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə yerləşdi. General Denstervillin xatirələrində yazdığına görə, 12 sentyabrda ingilislərə sığınan ərəb əsilli bir əsgər Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bildirmişdi: "Bu halda Lənkərandakı rus əhalidən təşkil olunmuş milisin gücü ilə Muğan düzündə Türk ordusuna arxadan həmlə edilməsi düşünüldü, ancaq vaxtın az olduğunu nəzərə alaraq bu fikirdən daşınıldı".

Hücumdan əvvəl Bakıdakı əhalidə əhval-ruhiyyə tamam fərqli idi. Şəhərdəki türklər səbirsizliklə Qafqaz İslam Ordusunun hücuma keçməsini gözləyir, rus, erməni və ingilislər isə təlaş içində üzülürdülər. Bakı Kommunasını əvəz edən Sentrokaspi hökuməti şəhərdə növbəti səfərbərlik elan edərək hətta küçəyə çıxan xəstə və əlilləri də cəbhəyə sürükləyirdi.

Hücum hazırlıqlarını yerindəcə görmək və lazımi təlimatlar vermək üçün Şərq Orduları Qrupu komandanı Xəlil paşa özü cəbhə xəttinin ön sıralarına qədər gedərək ordudiviziya komandirləri ilə məsləhətləşmələr aparır, əsgərlərlə söhbət edirdi.

Həmin vaxt Bakı ətrafında Anadoludan gələn təxminən 8 min türk əsgəri, 7 min də azərbaycanlı türkdən ibarət milis qüvvələri dayanmışdı. Hücum planı belə idi: düşmənə hücumun Bakının şimal bölgələrindən başlanacağı görüntü verilməli idi. Əsl hücuma isə qərb cəbhəsində toplanan 5-ci Qafqaz piyada diviziyası başlayacaqdı. Diviziyanın tabeliyindəki qoşun hissələri Hacıhəsən kəndinin şərqindən hərəkətə başlayaraq ağır silah işlətmədən, yalnız qumbarasüngü hücumu ilə düşmənin birinci səngərlərini ələ keçirəcəkdi. Sonra dərhal düşmənin ikinci müdafiə xətti üzərinə yeriyərək oranı da işğal edəcəkdi. Tofiq bəyin Maştağa dəstəsi Balaxanı bölgəsindən Bakıya doğru irəliləyəcək və Zehni bəyin süvari dəstəsi ilə birlikdə düşməni arxadan mühasirəyə alacaq, daha sonra birləşərək Əhmədli üzərinə yeriyəcəkdilər.

General Denstervillin xatirələrində yazdığına görə, 13 sentyabr axşamı Bakıda Qafqaz İslam Ordusuna qarşı dayanan birləşmiş qüvvələrin tərkibi belə idi: erməni, ingilis, rus bölmələri. Cəbhədəki Sentrokaspi ordusuna general Dokuçayev, ingilis hərbi birləşmələrinə Kayvorth komandanlıq edirdi. Əsas müdafiə xətti isə oyuncaq Sentrokaspi hökumətinin müdafiə naziri Baqratun ilə ingilis generalı Denstervillin nəzarəti altında idi.

Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi. Həmin gecə qərargahdan "irəli" əmri verilən kimi birliklər gecənin qaranlığında Heybət-Biləcəri dəmiryolu xəttinə doğru irəliləməyə başladılar. 56-cı piyada alayı saat 01.00-da Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar saat 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini ələ keçirdi. 5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik Rüştü bəy hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi: "5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər... Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi".

Xəlil paşa isə Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edirdi: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus "Allah, Allah" qışqırıqları ilə qumbarasüngü hücumuna başlanıldı".

Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi general Denstervilli heyrətə gətirmişdi: "İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq hərbi birləşmələri yenidən nizamlamaq idi".

Ona görə ingilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verildi. Saat 22.00-da isə Bakıda olan təxminən 5-6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollandı. İngilislər Bakıda 180 əsgər itirmişdilər. Onların geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərində Mahaçqala istiqamətində yola düşdülər.

Beləliklə, Qafqaz İslam Ordusunun qarşısında Bakının qorunmasında iştirak edən qüvvələrdən yalnız yerli rus və erməni daşnaklarının hərbi birləşmələri vardı. Onların da təslim olmaqdan başqa yolları qalmamışdı. Qaraşəhərdə erməni və ruslar ilk saatlarda 800 piyada silahlarını təhvil veridilər və iki zabit, 80 sıravi təslim oldu. Lakin gizlənib atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışa bildi.

Bu canilər haqqında bir tədbir görülə bilmirdi. Bu hücumda Azərbaycan könüllülərinin də gücündən kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnakbolşevik rus əsgərinə böyük ziyan vurdu və şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.

Bakıda küçə döyüşləri davam edərkən saat 10.30 radələrində İran bayrağı ilə birlikdə ağbayrağlı bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründübu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi. İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri gələrək şəhərin təslim olacağını bildirdi. 5-ci Qafqaz piyada diviziyasının rəisi, podpolkovnik Rüştü bəyə bu təmsilçilərlə Bakıya gedərək şəhərin təslimolma şərtlərini həll etməsi tapşırıldı. Dərhal Hacıqabulda yerləşən Cənub Qrupu komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı mövqe komandiri vəzifəsinə təyin olunduo, axşama doğru şəhərə girdi. Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı.

Bir faktı da qeyd etməyə dəyər: verilən tapşırığı - türklərin Bakıya daxil olmasının qabağını ala bilməyən və böyük itkilər verərək üzgün və əzilmiş bir şəkildə geri çəkilmək məcburiyyətində qalan ingilislərin 39-cu briqada komandanı general-leytenant Denstervill Ənzəliyə çatan kimi vəzifəsindən kənarlaşdırıldı. Yerinə general Tomson gətirildi. İngilislərin Bakıya girməsindən az əvvəl həbs olunan 26 Bakı komissarı Qafqaz İslam Ordusu hələ şəhərə girməmişdən həbsxanalardan çıxarılıb "Türkmən" gəmisində Xəzər sahilindəki Krasnovodska (indiki Türkmənbaşı) aparıldı və o vaxt Türkmənistanda ingilislərin dəstəklədiyi "Sosialist inqilabçıları" deyilən bir qrupa təhvil verildi. Onlar da komissarları Ağcaqum çölünə apararaq güllələdilər. Bu hadisədən yalnız bolşevik Bakı hökumətinin "dövlət başçısı" elan etdiyi Anastas Mikoyan canını qurtara bildi.

Türklərin Bakıya girməsi xəbəri Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixdə bildirildi: "Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.1918-ci ildə saat 9 radələrində zəbt edilmişdi". Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibətilə Ənvər paşa Şərq Orduları Qrupunun komandanı Xəlil paşa ilə  Nuru paşaya məxsusi bir mesaj göndərdi:

"Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türkİslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna "Fatihə" ithaf edirəm".

Bakının azad olunması ilə əlaqədar məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev filarmoniyanın binasında Azərbaycan Milli Məclisi Rəyasət Heyəti və hökumət üzvləri ilə yüksək rütbəli türk zabitlərinə - Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqalarına 27 sentyabr 1918-ci il tarixdə ziyafət verdi. Ziyafətdə 15-ci piyada diviziya komandiri yarbay Süleyman İzzət bəy və qərargah ilə digər diviziya və alayların komandirləri də iştirak edirdilər. Azərbaycan dövlət və hökumət üzvləri ilə Türkiyədən gələn komandirlər tanış oldular. O tarixdə Azərbaycan hökumətinin üzvləri bunlar idi: baş nazir Fətəli xan Xoyski, xarici işlər naziri Məmmədhəsən Hacınski, daxili işlər naziri Cavanşir bəy, maliyyə naziri Əbdüləli bəy, iaşə naziri Aşurov, kənd təsərrüfatı naziri Xosrov Sultanov, qazı Mustafa əfəndi.

Heyət üzvləri sonra Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Məscidin bir tərəfi rus topupulemyot mərmiləri ilə dağıdılmışdı. Xalqın da axın-axın qoşulduğu namazda Bakı döyüşlərində şəhid olan məhmətciyin ruhu üçün dualar oxundu.

 

 

 

(ardı var)

 

 Bəxtiyar QARACA,

Azərbaycan.-2013.-17. sentyabr.-S.10.