Rumıniya xarici işlər naziri Titus Korlatean: «Biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdanona bitişik yeddi rayondan çıxarılmasını tələb edirik»

 

Avropa-Azərbaycan Cəmiyyəti (AAC) Avropada Azərbaycanın haqq işinin tanıdılması və müdafiə edilməsinə nail olmaq məqsədilə lobbiçilik fəaliyyəti çərçivəsində Rumıniya dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə dair Rumıniya Xarici İşlər Nazirliyinə suallarla müraciət etmişdir. Rumıniya Xarici İşlər Nazirliyi müraciətə rəsmi cavab vermişdir.

Xarici işlər naziri Titus Korlateanın cavab məktubunda deyilir: "Avropa İttifaqına qonşu olanstrateji cəhətdən vacib Cənubi Qafqaz regionu təhlükəsizliklə bağlı problemlə üzləşməkdədir ki, buna da biganə yanaşmaq olmaz. Eyni zamanda, Cənubi Qafqaz çox ümidverici perspektivləri olan bir regiondur. Bu regionun xüsusilə enerji resurslarının şaxələndirilməsi nəqliyyat marşrutlarının inkişafı ilə bağlı artan iqtisadi potensialı vardır. Lakin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problem daxil olmaqla regionda uzunsürən münaqişələr bütövlükdə regional təhlükəsizliyə ciddi təhdid olmaqda davam edir. Münaqişələrin bilavasitə nəticəsi olan qaçqın məcburi köçkünlər məsələsi bu münaqişələrin həllini çətinləşdirir. Bu insanların nümunəsində zaman problemin həllinin lehinə işləmir. Bu, dialoq yollarını çətinləşdirməklə tərəflər arasında etimadı azaltmaqla münaqişənin sülh yolu ilə həlli istiqamətində imkanları məhdudlaşdırmışdır. Təəssüf ki, Dağlıq Qarabağ daxil olmaqla bu ərazilərdə gündəlik həyat üçün vacib olan məsələlər siyasi yanaşmaların əsirinə çevrilmişdir.

Rumıniyanın bütün uzunsürən münaqişələrin həlli ilə bağlı prinsipial mövqeyi vardır. Biz bu regional münaqişələrin dövlətlərin ərazi bütövlüyü suverenliyi prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı biz bu problemin beynəlxalq hüququn norma prinsiplərinə tam əməl olunması, ərazi bütövlüyü suverenliyə, eləcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ATƏT-in qərarlarına hörmət əsasında danışıqlar yolu ilə həllinə tərəfdarıq. Azərbaycanın ərazi bütövlüyünün təmini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi diplomatik danışıqlardan nəzərə alınmalı əsas məsələ olmalıdır.

Danışıqlar prosesinin xüsusiyyətlərini nəzərə alsaq, ATƏT-in Minsk qrupu özünə münaqişənin sülh yolu ilə həllinə kömək etməkdə çox vacib qurum statusu qazandırmışdır. Lakin bu, heç istisna etmir ki, Avropa İttifaqı özünün Şərq qonşularına münasibətdə, xüsusilə etimad yaradılması məsələsində kömək etməməlidir.

BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrində dəfələrlə xarici qüvvələrin Dağlıq Qarabağdan çıxarılmasını tələb etmişdir. Avropanın Şərq sərhədində yerləşən qonşularımızın sülh, təhlükəsizlik şəraitində tərəqqisini görməkdə maraqlı olan Avropa İttifaqına üzv bir ölkə kimi biz bu mövqeni tam dəstəkləyirik Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan ona bitişik yeddi rayondan çıxarılmasını tələb edirik".

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 6.