Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan bəzi

 İKT göstəricilərinə görə MDB ölkələrini geridə qoyub

 

Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2013-2014" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib. Xatırladaq ki, bu indeks üzrə Qazaxıstan 50-ci yerdə, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu, Ukrayna isə 84-cü yerdə qərarlaşıb. Həmçinin Azərbaycan qonşu ölkələrdən Türkiyəni (44-cü yer), İranı (82-ci yer), Baltikyanı ölkələrdən isə Latviyanı (48-ci yer), eləcə də Bolqarıstanı (57-ci yer) qabaqlayıb.

Məlumat üçün bildirək ki, "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə reytinq cədvəlində İsveçrə 1-ci, Sinqapur 2-ci, Finlandiya isə 3-cü yeri tutub. 

"Qlobal rəqabətqabiliyyətlilik indeksi" 3 əsas sub-indeksdən: (i) Baza tələbatları (Basic requirement), (ii) Keyfiyyətin yaxşılaşdırılması (Efficiency Enhancers), (iii) İnnovasiya və qəlizləşdirmə faktorları (Innovation and sophistication factors) və 12 alt komponentdən ibarətdir. Bu 3 sub-indeksdən 2-si üzrə Azərbaycan mövqeyini möhkəmlədib.

Alt komponentlər üzrə: ölkəmiz Makroiqtisadi mühit amili üzrə əvvəlki mövqeyindən 10 pillə irəliləyərək 148 ölkə arasında 8-ci yeri,  Texnoloji hazırlıq amili  üzrə əvvəlki mövqeyindən 11 pillə irəliləyərək 50-ci yeri, İnnovasiya amili üzrə isə əvvəlki 46-cı yerdən 51-ci yerə geriləsə də, hər üç alt komponent üzrə də Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə olub.

Azərbaycanın "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nin sub-indeksləri və alt komponentləri üzrə əvvəlki illərlə müqayisəli cədvəli əlavə olunur.

Eyni zamanda, hesabata əsasən, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə göstəricilərində son bir ildə əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər qeydə alınıb.

Belə ki, ölkədə mobil genişzolaqlı internet istifadəçilərinin sayı 54,8 faiz artıb. Hazırda Azərbaycanda hər 100 nəfərə 33,3 mobil genişzolaqlı  internet istifadəçisi düşürbu göstərici üzrə ölkəmiz 148 ölkə arasında 50-ci yeri tutub. Müqayisə üçün bildirək ki, qonşu Gürcüstan bu göstəriciyə görə hər 100 nəfərə 22,4 mobil genişzolaqlı  internet istifadəçisi ilə 65-ci yeri tutub, 57-ci yerdə qərarlaşmış Ermənistanda mobil internetdən əhalinin  27,6 faizi  istifadə edir. İran və Qırğızıstan  mobil internet istifadəçiləri olmadığı üçün 136-cı yeri tutublar, Ukrayna isə 5,5 faiz yayılma ilə 94-cü yerdə  qərarlaşaraq geridə qalıb.

Ölkədə hər internet istifadəçisinin payına 40,1 kbit/s internet trafiki düşür ki, bu da Azərbaycanın müvafiq reytinqdə 61-ci yerdən 45-ci yerə irəliləməsinə səbəb olub. Bu göstəriciyə görə İran 3,8 kbit/s ilə 122-ci yerdə, Ermənistan 38,6 kbit/s ilə 47-ci yerdə, Qazaxıstan 31,8 kbit/s ilə 54-cü yerdə, Qırğızıstan 3,9 kbit/s ilə 121-ci yerdə, Rusiya 32,9 kbit/s ilə 52-ci yerdə, Ukrayna 14,3 kbit/s ilə 84-cü yerdə qərar tutub.

 Özəl şirkətlərdə çalışan internet istifadəçilərinin sayına görə ölkəmiz (4,9 bal toplayaraq) ötən illə müqayisədə mövqeyini 8,4% yaxşılaşdıraraq 59-cu yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu göstəriciyə görə 4,1 bal toplayaraq 117-ci yeri, Ermənistan (4,4 bal) 98-ci yeri, İran (4 bal) 120-ci yeri, Qazaxıstan (4,6 bal) 78-ci yeri, Qırğızıstan (3,7 bal) 139-cu yeri, Latviya (4,7 bal) 68-ci yeri, Rusiya (3,9 balla) 126-cı yeri, Ukrayna (4,3 balla) 100-cü yeri tutublar.

Azərbaycanda əhalinin hər 100 nəfərinə 107,5 mobil telefon düşürbu göstərici üzrə ölkəmiz 78-ci yerdə qərarlaşıb. Gürcüstan mobil rabitənin əhali arasında 109,2% yayılması nəticəsində 74-cü yeri, Ermənistan 106,9%-lə 80-ci yeri,  İran 76,9%-lə 117-ci yeri, Latviya 103,4% ilə 85-ci yeri tutub.

 Stasionar rabitə sahəsində Azərbaycanın göstəriciləri ötən illə müqayisədə 1,6% yüksəlib. Bu göstərici üzrə ölkəmiz 67-ci mövqedədir. Hazırda hər 100 nəfərdən 18,4% stasionar rabitə istifadəçisidir. Mobil rabitənin geniş yayılması nəticəsində  stasionar rabitə o qədər yüksək templə inkişaf etmir.

 Stasionar genişzolaqlı internet xidmətləri istifadəçilərinin yayılma səviyyəsi Azərbaycan əhalisi arasında 13,8% təşkil edib və ölkə 47-ci yerdə qərarlaşıb, bu da ötən ilin müvafiq göstəricisindən 7 pillə yüksəkdir. Gürcüstanda əhalinin 9,1%-i  stasionar genişzolaqlı internet xidmətlərindən istifadə edirbu göstəriciyə görə ölkə 65-ci yeri tutub, Ermənistan 6,6% yayılma ilə 74-cü yeri,  İran 4,1%-lə 85-ci yeri, Qazaxıstan 9,7%-lə 63-cü yeri, Qırğızıstan 2,6%-lə 94-cü yeri, Türkiyə 10,5%-lə 60-cı yeri, Ukrayna isə 8,1%-lə 71-ci yeri tutub.

Bununla yanaşı, hesabatda texnoloji hazırlıq üzrə rəqabətlilik indeksinə görə Azərbaycan 5,59 bal toplayaraq 20-ci yeri tutub. Gürcüstan (3,83 bal) 68-ci yeri, İran (2,95 bal) 116-cı yeri, Qazaxıstan (4,10 bal) 57-ci yeri, Qırğızıstan (2,67 bal) 129-cu yeri, Latviya (4,7) 38-ci yerləri tutaraq geridə qalıb.

Əvvəlki illərdə olduğu kimi, bu il ilk onluqda İsveçrə ilə Avropa ölkələri, o cümlədən Finlandiya, Almaniya, İsveç, HollandiyaBöyük Britaniya kimi ölkələr və üç Asiya ölkəsi - Sinqapur, HonkonqYaponiya rəqabətli dünya iqtisadiyyatı kimi qeyd edilib. İlk onluğa daxil olan ən rəqabətqabiliyyətli iqtisadiyyatı olan ölkələrin böyük əksəriyyəti innovasiyagüclü institusional paya malikdir. İsveçrə bu il yenidən güclü performans nəticəsində 1-ci yeri tutub. İsveçrə "top-notch" elmi-tədqiqat institutları, digər amillərlə yanaşı novator bir ölkədir. Ölkədə fəaliyyət göstərən vətəndaşlar və özəl şirkətlər biznes sektorunu genişləndirir, professional təlim imkanları yaradılır, şirkətlər texnologiyaları geniş istifadə etməklə yanaşı, əmək bazarlarında balans  səmərəliliyini qoruyurlar. Bu ölkədə eyni zamanda yüksək səviyyədə şəffaflıq təmin edilib, müstəqil məhkəmə fəaliyyət göstərir, hüquqlar təmin edilirqaydalara riayət edilir, eyni zamanda yüksək səviyyədə ictimai nəzarət var. Öz növbəsində Sinqapur dünya səviyyəli infrastruktura malikdir, ölkədə əla yollar, limanlarhava nəqliyyatı vasitələri mövcuddur. Sinqapurda rəqabət daha da genişləndirilir və təhsilə böyük diqqət yetirilir. Qlobal Rəqabətlilik İndeksi 2013-2014: İnnovasiyasofistika amilləri üzrə hesabatda Rusiya Federasiyası üç pillə irəliləyərək 64-cü yerdə qərarlaşıb. Bu ölkənin güclü tərəfləri kimi təhsilin yüksək səviyyəsi, olduqca yaxşı infrastrukturböyük daxili bazar qeyd edilir.

 Hesabatda qeyd edilib ki, Ukrayna 11 mövqe geri düşərək 84-cü yerdə qərarlaşıb. Ümumiyyətlə, Ukrayna rəqabəti güclü saxlayır. Ukrayna səmərəliliyə məhsullarının mənfəət xidmətləri bazarında rəqabətliliyini artırmaqla nail ola bilər. Qazaxıstanın əsas problemləri onun səhiyyə və ibtidai təhsil sistemləri və qeyri-innovativliyidir.

Hesabatda əks olunan göstəricilərə əsaslanaraq belə nəticə çıxarmaq olar ki, Azərbaycan elmi-tədqiqat müəssisələrinin keyfiyyətinə diqqət yetirməlidir, bu sahə üzrə ölkə 3,6 bal toplayaraq 78-ci yerdə qərarlaşıb, eyni zamanda universitetlərlə sənaye arasında əməkdaşlığın inkişafına nəzər salınmalıdır, bu sahə üzrə ölkə 3,4 balla 84-cü yeri tutub, daha bir inkişaf tələb edən sahə patent və ərizələr sahəsidir ki, bu göstərici üzrə ölkə 79-cu yerdə qərarlaşıb.

Bununla yanaşı Azərbaycan innovasiyalara meyilli ölkələr sırasında irəlidə gedir, belə ki,  bu sahə üzrə ölkə 4,1 bal toplayaraq 35-ci yeri tutub. Dövlət sektorunun qabaqcıl texnologiya məhsullarına olan marağı da hesabatda əksini tapıb və nəticə olaraq Azərbaycan dövləti tərəfindən texnoloji məhsulların satınalmaları üzrə 4,4% toplayaraq 14-cü yerdə qərarlaşıb.

 

 

 

Müşfiq ƏMİROV,

Rabitə və İnformasiya Texnologiyaları

 Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Azərbaycan.-2013.- 18 sentyabr.- S.5.