Beşulduzlu «Rixos Quba Azerbaijan» hotelində görülən işlərlə tanışlıq

 

Prezident İlham Əliyevin Quba rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu "Rixos Quba Azerbaijan" hotelində görülən işlərlə tanış olmuşdur.

Hotelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilmişdir. Hotel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulmuşdur. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılmışdır. Gölün ətrafında restoranhelikopter meydançası tikilmişdir. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur.

Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar vardır. Ərazidə həmçinin tennis kortu, voleybolfutbol meydançaları inşa edilmişdir.

Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.  

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 sentyabr.- S.6.