Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

QƏRAR ¹ 27/153

 

 

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 31 avqust 2013-cü il tarixli 22/129 saylı qərarı ilə təsdiq edilmişdir.

Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 54, 58, 59, 60 və 182-ci maddələrinə əsasən qərara alır:

 

1. Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Calal oğlu Məmmədov 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizəd kimi qeydə alınsın.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr              Məzahir Pənahov

 

Katib             Arifə Muxtarova

 

Katib             Mikayıl Rəhimov

 

 

13.09.2013

 

Azərbaycan. - 2013.- 14 sentyabr.- S. 9.