Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

 

Sentyabrın 18-də  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər  barəsində məlumat vermişdir.    

Tədbirdə akademik Arif Paşayev, AMEA-nın müxbir üzvü Bahadır Tağıyev və fizika elmləri doktoru Oqtay Tağıyevin həmmüəllifi olduqları "İşıq diod luminoforları: fizika, texnologiyatexnika" mövzusunda elmi məruzə dinlənilmişdir. Məruzədə fizikaçı alimlərimizin bu istiqamətdə apardıqları tədqiqatların  mühüm nəticələrindən bəhs olunmuşdur.

Məruzəni təqdim edən B.Tağıyev müasir dövrdə işıq texnikası sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edərək bu sahədə mövcud problemlərdən söz açmışdır.  Alim parlaq işıq diodlarının yaradılma texnologiyasının işlənilməsi və onlar üçün effektiv luminessent materialların sintezinin mürəkkəb məsələlərdən olduğunu qeyd etmişdir.  Hər iki problem üzrə dünyada geniş elmi-tədqiqat işlərinin aparıldığını  diqqətə çatdıran B.Tağıyev  AMEA-nın Fizika İnstitutuMilli Aviasiya Akademiyasında (MAA) dünyada rəqabətədavamlı yarımkeçiricilərin sintez texnologiyasının işləndiyini bildirmişdir. MAA-da bu sahədə tədqiqatların aparılması üçün zəruri şərait yaradılmış, yüksək temperaturlu sintez texnologiyası üçün elektron idarəedici soba alınmışdır. Bu sobanın köməyi ilə 2000 dərəcəyə qədər sintez temperaturu olan mürəkkəb tərkibli iki, üçdaha çox komponentli, ucuz başa gələn oksid yarımkeçirici luminessent materialları sintez etmək mümkündür.

Alınan elmi nəticələrin yüksək impakt faktorlu xarici jurnallarda dərc olunduğunu  vurğulayan alim Fransa, İtaliya, RusiyaBelarusun aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə elmi  təcrübi əhəmiyyətli araşdırmaların aparıldığını da diqqətə çatdırmışdır.

Məruzə ətrafında geniş müzakirələr aparılmış, təkliflər səslənmişdir. MAA-da bu sahədə aparılan tədqiqatların genişləndirilməsi, xüsusilə də effektiv luminessent materialların strukturlarının və spektral-luminessent xassələrinin tədqiq edilməsi təqdirəlayiq hesab edilmişdir. Respublikada işıq diod lüminoforlarının istehsalı və işıq diodlarının müxtəlif sahələrdə - məişətdə, küçələrdə və digər sahələrdə geniş istifadəsi haqqında qərarlar qəbul olunmuşdur.

Sonra A.Əlizadə 2015-ci ilin martında AMEA-nın 70 illiyi   münasibətilə yubiley tədbirlərinin təşkili barəsində çıxış etmişdir. Akademik respublikanın ali elmi qurumunun yubileyinin keçirilməsini ölkənin elmi-mədəni və sosial-ictimai həyatında əlamətdar hadisə hesab etmişdir. AMEA-nın prezidenti xalqımızın intellektual potensialının səmərəli təşkilində, elmin strateji istiqamətlərinin müəyyənləşməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, elmi kadrların hazırlanmasında akademiyanın müstəsna rolunu qeyd etmişdir. 

Akademiyanın 70 illik tarixinin son  iyirmi ilinin müstəqillik dövrünə təsadüf etdiyini vurğulayan A.Əlizadə 1990-cı illərin əvvəllərində ölkədə  baş verən hadisələrin elmi fəaliyyətə, AMEA-ya təsirsiz ötüşmədiyini bildirmişdir. Akademik ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra AMEA-nın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu,  ulu öndərin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilatı statusunun verilməsi ilə akademiyanın fəaliyyət dairəsinin genişləndiyini, səlahiyyətlərinin artırıldığını, qarşısına mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırmışdır.

AMEA-nın prezidenti dövlətin  diqqəti sayəsində bu gün Azərbaycan elminin inkişafı istiqamətində mühüm nəticələrin əldə olunduğunu, dünya elminə inteqrasiya istiqamətində mühüm addımların atıldığını bildirmişdir.

A.Əlizadə yubileylə əlaqədar olaraq nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat vermişdir. AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi,  "Akademiya şəhərciyi"ndə Rəyasət Heyəti üçün yeni binanın yenidən qurulmasının vacibliyi vurğulanmışdır. Akademiyanın  yubileyinə həsr olunmuş kitabın nəşri, filmin çəkilməsi, televiziya arxivlərindən AMEA ilə bağlı videomaterialların toplanması mühüm  vəzifə kimi irəli sürülmüşdür.

A.Əlizadə alimlərin elmi araşdırmalar nəticəsində yüksək nailiyyətlərinin qiymətləndirilməsi üçün qızıl medalın, eləcə də AMEA-nın üzvləri üçün döş nişanlarının təsis edilməsinin vacibliyini də nəzərə çarpdırmışdır.

AMEA Rəyasət Heyəti akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul etmişdir. Yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə xüsusi komissiya yaradılmışdır. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq 15 gün müddətində komissiyaya təqdim edilməsi tapşırılmışdır.

Sonra AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatında struktur dəyişiklikləri ilə bağlı məsələlərə  baxılmış, Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü, akademiyanın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilmişdir.

AMEA-nın akademik-katibi, akademiyanın  müxbir üzvü Rasim Əliquliyev akademiyanın nəşr etdirdiyi elmi jurnalların monitorinqi  ilə bağlı geniş məlumat vermişdir.

Aparılmış təhlillər əsasında aşkarlanmış problemlərin mərhələlərlə həlli yolları müzakirə edilmiş, təkliflər irəli sürülmüşdür. Elmi jurnalların monitorinqinin  keçirilməsi  məqsədilə  monitorinq qrupunun yaradılmasına dair qərar qəbul edilmişdir. 

İclasda əməkdar elm xadimləri, AMEA-nın müxbir üzvləri  Vasif Babazadənin 75, Akif Əzizovun  70 illik yubileylərinin  qeyd edilməsi barədə müvafiq qərarlar  qəbul olunmuşdur.

Tədbirdə  bir sıra kadr məsələlərinə də baxılmışdır.

 

Azərbaycan.-2013.- 19 sentyabr.- S.9.