Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü qeyd edilmişdir

 

Sentyabrın 18-də Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ümummilli lider Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 2009-cu ildən etibarən ölkəmizdə hər il sentyabrın 18-dən başlanandahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurmuşdur.

Ə.Qarayev demişdir ki, bu gün Azərbaycan mədəniyyəti çox sürətlə inkişaf etməkdədir. Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açan nazir artıq  milli musiqimizin xarici  ölkələrdə də xüsusi həvəs və məharətlə ifa olunduğunu diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli musiqimiz, muğamlarımız xarici ölkələrdə uğurla təmsil olunurfondun təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar keçirilir.

Diqqətə çatdırılmışdır ki, dahi bəstəkarımız Ü.Hacıbəylinin "Arşın mal alan" operettası və "Leyli və Məcnun" operası xarici ölkələrin teatrlarında uğurla tamaşaya qoyulmuş, milli musiqimiz əcnəbilər tərəfindən alqışlarla qarşılanmışdır. O, bu günlərdə Fransada - UNESCO-nun mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirlərinin keçirilməsini əlamətdar hadisə adlandırmışdır.

Nazir Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu günuğurla davam etdirildiyini sevindirici hal kimi qiymətləndirmişdir.

Tədbirdə xalq artistləri - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bayram münasibətilə musiqisevərləri təbrik etmiş, festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan danışmışlar.

Çıxış edənlər həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açmış, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulamış və musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə etmişlər.

Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin və Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.- 19 sentyabr.- S.12.