Ceyhun Bəhlul oğlu
İbrahimovun müvəqqəti olaraq 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki
komissiyasının üzvü təyin
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 29/171
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası 11 sentyabr 2013-cü il tarixli 25/145 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam vermişdir.
Qeyd edilənlərlə əlaqədar olaraq, 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmi elan olunanadək 103 saylı Gədəbəy seçki dairəsi dairə seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
Ceyhun
Bəhlul oğlu İbrahimov 2013-cü il oktyabrın 9-da
keçiriləcək Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələri rəsmi elan olunanadək
103 saylı Gədəbəy seçki dairəsi dairə
seçki komissiyasının üzvü təyin edilsin.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2013
Azərbaycan.-2013.- 20 sentyabr.- S.9.