"Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 251             Bakı şəhəri, 6 sentyabr 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.3.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2013-cü il 6 sentyabr tarixli 251 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə

 

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

 

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 173.5-ci maddəsinə əsasən hazırlanmışdır xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.

1.2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

1.3. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.

1.4. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə eynirəqəmli koda malik olmalıdır.

 

 

2. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş bmalların ekvivalent mallarla əvəz edilməsi

 

 

2.1. Gömrük orqanı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə ekvivalent mallardan istifadəyə şəxsin müraciəti olduğu halda icazə verir.

 

2.2. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərtilə tranzit, müvəqqəti idxal ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

 

 

 

 

2.3. Gömrük anbarlarında saxlanc, emal ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların qorunması, xarici görünüşünün keyfiyyətinin yaxşılaşdırılması, satış daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qaldıqda, habelə xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə idxal gömrük rüsum vergilərində əsassız fayda əldə etməyə imkan yaratdıqda, onların əvəzinə ekvivalent mallardan istifadəyə icazə verilmir.

2.4. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı şəxs ekvivalent mallardan istifadəyə icazə verilməsinə dair müraciət etməmişdirsə, ekvivalent mallardan istifadəyə dair icazə verilməsi barədə şəxsin yenidən müraciət hüququ məhdudlaşdırılmır.

2.5. Bu Qaydaların 2.4-cü bəndində nəzərdə tutulmuş halda icazə alınması üçün şəxs tərəfindən gömrük orqanına ərizə ilə müraciət olunur ərizədəİnzibati icraat haqqındaAzərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:

2.5.1. malların yerləşdirilmiş olduğu xüsusi gömrük prosedurunun adı;

2.5.2. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın adı, XİFMN üzrə kodu, XİFMN- göstərilən ölçü vahidində miqdarı ABŞ dolları ilə gömrük dəyəri;

2.5.3. xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın keyfiyyəti texniki göstəriciləri;

2.5.4. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda emal əməliyyatlarının təsviri;

2.5.5. ekvivalent malın adı, XİFMN üzrə kodu, XİFMN- göstərilən ölçü vahidində miqdarı ABŞ dolları ilə gömrük dəyəri;

2.5.6. ekvivalent malın keyfiyyəti texniki göstəriciləri;

2.5.7. xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ekvivalent mallarla əvəzlənməsinin səbəbləri.

2.6. Ərizə ilə birlikdə aşağıda göstərilən sənədlər təqdim edilməlidir:

2.6.1. mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda, malların emal edilməsinə dair bağlanılmış müqavilə;

2.6.2. Gömrük Məcəlləsinin 167.1-ci maddəsində göstərilən xüsusi gömrük prosedurlarına dair alınmış icazə.

2.7. Bu Qaydalara əsasən malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi məqsədi ilə ərizə digər sənədlər qanunvericiliyin tələbləri nəzərə alınmaqla, elektron şəkildə təqdim edilə bilər.

2.8. Bu Qaydaların 2.2-ci, 2.3-cü 2.6-cı bəndlərinin tələblərinə riayət olunduqda, şəxs tərəfindən müraciət təqdim edildiyi tarixdən 3 (üç) günü müddətində gömrük orqanı ekvivalent mallardan istifadəyə dair kağız üzərində yazılı ya elektron formada icazə verir bu barədə ərizəçiyə             2 (iki) günü müddətində kağız üzərində yazılı ya elektron formada məlumat göndərir.

2.9. Bu Qaydaların 2.2-ci, 2.3-cü və 2.6-cı bəndlərinin tələblərinə riayət olunmadıqda, ekvivalent mallardan istifadəyə dair icazə verilməsindən imtinaya dair gömrük orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilirbu barədə ərizəçiyə 2 (iki) günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərilir.

2.10. Malların xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilərkən, şəxsin müraciətinə əsasən ekvivalent malların istifadəsinə də icazə verilir.

 

 3. Yekun müddəa

 

 3.1. Daxildə emal xüsusi gömrük prosedurundan bu Qaydalarla müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə edilir.

 

Azərbaycan.-2013.- 20 sentyabr.- S.1.