Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ildən-ilə yüksəlir

 

ABŞ-ın nüfuzlu beyin mərkəzinin Azərbaycanın regional rolu

 ilə bağlı yaydığı hesabat bunu bir daha təsdiqləyir

 

 Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi, iqtisadi cəhətdən qüdrətlənməsi, rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir.

Qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemlidüzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsində bütün makroiqtisadi parametrlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan ötən ilin yekunları və cari ildə əldə olunan makroiqtisadi nəticələr deməyə əsas verir ki, ölkə iqtisadiyyatı davamlı inkişaf edir.

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir. Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir. "Dünya Rəqabətlilik Hesabatı 2013-2014" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışıdr. 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur. Dünya iqtisadiyyatının böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasətin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadigeostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurması, ən başlıcası, milli mənafeyini lazımi səviyyədə müdafiə etməsi məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu öndərin balanslı xarici siyasət kursunun yeni mərhələdə uğurla davam etdirilməsi beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərinin daha da  gücləndirilməsinə gətirib çıxarmışdır.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadidemokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diasporlobbi formalaşdırmaq xarici siyasətin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücüiqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir. Rəsmi Bakı 2003-2012-ci illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığı üstün tutmuşdur.

Ötən il də respublikanın xarici siyasətində fəallığın, intensivliyin və səmərəliliyin artması ilə səciyyəvi olmuşdur. Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir edilir və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

ABŞ-ın nüfuzlu beyin mərkəzinin Azərbaycanın regional rolu ilə bağlı bu günlərdə yaydığı hesabat da xüsusilə diqqəti cəlb edir. Vaşinqtonda fəaliyyət göstərən və dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin Azərbaycanın regional rolu ilə bağlı hesabatında bir sıra mühüm məqamlar var. Qeyd edək ki, bu mərkəzin hesabatları əsasən ABŞ-ın və NATO ölkələrinin xarici siyasət və təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələrində çalışan və qərarvermə prosesində yaxından iştirak edən şəxsləri üçün nəzərdə tutulur.

Hesabatda qeyd edilir ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycan Respublikası digər müsəlman ölkələri üçün dinietnik müxtəliflik məsələlərinə uğurlu yanaşmaları ilə nümunə rolunu oynamaqdadır. Özünün dünyəvi siyasəti ilə müxtəlif dinlərə və xalqlara tolerant münasibətilə Azərbaycan çox səmərəli "yumşaq güc" əldə etmiş və digər müsəlman ölkələri üçün təcrübəsindən geniş istifadə oluna biləcək cəlbedici ölkəyə çevrilmişdir.

Giriş, nəticə və üç hissədən ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı tarixdən, artan "yumşaq güc"ündən, habelə digər təsir imkanlarından bəhs edilir. Qeyd olunur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə son illərdə geniş iqtisadi, diplomatik və "yumşaq güc"ə xas təsir imkanları əldə etməkdədir. Azərbaycan dövlətinin strategiyası və ardıcıl siyasəti ona çox mürəkkəb və qeyri-sabit bölgədə postsovet "travma"sını geridə buraxmaq və müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı vermişdir. Müstəqillik illərində Azərbaycan uğurlu inkişafaümumi daxili məhsulunu 60 dəfədən çox artırmağa nail olmuşdur.

2011-ci ildə Azərbaycan özünün artan iqtisadi-siyasi gücü və beynəlxalq gərginliyin azalmasına verdiyi töhfələr sayəsində çox ciddi rəqib namizədlərin olduğu bir şəraitdə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan 11 sentyabr terror aktından sonra terrorizmə qarşı mübarizədə ABŞ-a qeyd-şərtsiz yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdəndir. Azərbaycan eyni zamanda Əfqanıstanda sülhyaratma əməliyyatlarında və hazırda NATO-nun silahlı qüvvələrinin bu ölkədən çıxarılması prosesində əvəzsiz rola malikdir.

Azərbaycan qlobal miqyasda ABŞ-ın enerji strategiyasında və maraqlarında mühüm rol oynayır. ABŞ şirkətləri 1990-cı illərdən başlayaraq Azərbaycanın neft sektorunda geniş fəaliyyət göstərir. Azərbaycan isə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi digər mexanizmlərlə də ABŞ-ın regionalqlobal maraqlarının təmin olunmasında yaxından iştirak edir.

Bildirilir ki, Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək çox böyük iqtisadi problemləri aradan qaldırmış, yoxsulluğun səviyyəsini minimuma endirmiş, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olmuşdur. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə Azərbaycan bölgədə öz ayaqları üzərində inamla duran və iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilmişdir. Bütün bunlar isə Azərbaycana özünün "yumşaq güc"ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan vermişdir.

Hesabatda xüsusilə qeyd edilir ki, Azərbaycan bütün bunlara ilk baxışda onun müstəqil siyasət həyata keçirməyə əngəl ola biləcək çox ciddi maneələrin olduğu bir coğrafi məkanda - Rusiyanın, İranın, Yaxın Şərqin və Avropanın maraqlarının kəsişdiyi nöqtədə nail olmuşdur. Azərbaycan mürəkkəb coğrafi məkanından öz xeyrinə istifadə edərək müxtəlif layihələr həyata keçirməklə Qərb ilə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilmişdir. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülmüşçox praqmatik siyasəti ilə müvəffəq olmuşdur.

Hesabatda Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalına və təcavüzkar siyasətin fəsadlarına xüsusi diqqət ayrılmış və ABŞ rəhbərliyinə Azərbaycanın regionda oynadığı rolu nəzərə almaq və qiymətləndirmək, ölkəmizə dəstək vermək tövsiyə edilir.

Hesabatın ikinci hissəsində Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı roldan bəhs edilir. Qeyd edilir ki, Azərbaycan dünyəvi dövlət prinsiplərinə sadiq qalaraq bütün dini icmaların azad şəkildə öz məscidləri, kilsələri, sinaqoqları və digər ibadət yerləri, institutları vasitəsilə fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmışdır. Azərbaycan rəhbərliyi müxtəlif dini icmaların tarixi mirasının istər ölkə daxilində, istərsə də respublikanın hüdudlarından kənarda qorunması, yenidən qurulması və təmir edilməsi üçün böyük işlər görür. Azərbaycan ərazisində əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşamışlar və onlara qarşı münasibət daim fundamental bəşəri prinsip və dəyərlərə əsaslanır.

Azərbaycanda son on ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət ayrılmışdır. Ölkə başçısının islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin aparılması deyilənlərə əyani misaldır. Bütövlükdə müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Bütün sahələrdə əldə edilən uğurların nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında vaxtaşırı əks olunması aparılan siyasətin düzgünlüyündən xəbər verir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.-  20 sentyabr.- S. 6.