Zaqatala qədimliyin və müasirliyin qovuşduğu diyardır

 

Zaqatalada sukanalizasiya şəbəkələrinin yenidən qurulması ilə əlaqədar bir-iki ay əvvəlki narahatlıqlar tamamilə aradan qaldırılıb, rayon mərkəzinin görkəmi indi əvvəlkindən də gözəl olub. Qazılmış yollar, küçələr hamarlanıb, düzəldilib, asfalt örtük çəkilib. Səkilər yenidən qurulub. Binaların fasadları, dam örtükləri, hasarların görünüşü yenilənib, milli-memarlıq üslubu bütün tikinti-quruculuq işlərində nəzərə alınıb. Hiss edirsən ki, paytaxtdan uzaqda olsa da, gözəl, səliqə-sahmanlı bir Azərbaycan şəhərindəsən.

Ötən ilin may zəlzələlərinin fəsadları dövlətin yüksək qayğısı sayəsində tamamilə aradan qaldırılıb. Ayrı-ayrı kəndlərdəki tikinti işləri də başa çatmaq üzrədir. Abadlıq-quruculuq işləri bütün rayonu əhatə edir. Bir yanda yol salınır, bir yanda təbii qaz xətti çəkilir, icrası davam edən layihələrdə son tamamlama işləri görülür.

Avqust ayında dövlət başçısı Zaqatala rayonuna səfər edərkən bir çox layihənin icra vəziyyəti ilə yerindəcə tanış olub. Zaqatala üçün ən əhəmiyyətli məsələlərdən biri şəhərə içməli suyun verilməsidir.

Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 2010-cu ilin noyabrında başlanıb. Layihənin birinci mərhələsi üzrə işlər yekunlaşıb, ikinciüçüncü mərhələ üzrə tədbirlər davam etdirilir.

Mövcud layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınmaqla işlənib. İcrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min və 7 kəndin 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir. TalaçayZilbançay mənbələrindən su götürülməsi ilə əlaqədar I və II mərhələdəki bütün müvafiq işlər başa çatdırılıb.

Üçüncü mərhələdə isə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisitexnoloji sistemlərin quraşdırılması işləri görülür. Çirkab sutəmizləyici qurğular kompleksinin 2014-cü ilin birinci rübündə istismara verilməsi planlaşdırılır.

Ümumilikdə Zaqatalada sosial infrastruktur layihələri uğurla gerçəkləşdirilir. Görülən işlər sırasında binaların tarixi görkəminin bərpa olunması çox əhəmiyyətlidir. Tarixiliyinmüasirliyin qovuşması xüsusi bir gözəllik yaradır.

Zaqatala şəhərinə gələn qonaqların da, elə sakinlərin özlərinin də ən çox üz tutduqları məkanlardan biri Dədə Qorqud meydanıdır. Bu meydan 1850-ci illərdə yaradılıb, hazırda 6,2 hektar ərazini əhatə etməklə Qala düzü pilləkənlərini, Heydər Əliyev prospektini və 28 May küçəsinin bir hissəsini birləşdirir. Dədə Qorqudun 2,5 metrlik heykəli, memorial kompleksə daxil olan 6 bürc, fəvvarəli 4 hovuz, həmçinin 6 giriş-çıxış qapısı ümumi ahəngdarlığı ilə diqqəti çəkir. Dekorativ ağaclargül kolları da mənzərəni tamamlayır. Bir sözlə, Dədə Qorqud meydanı qonaqların və sakinlərin mənalı istirahəti üçün çox gözəl məkandır. Onu da qeyd edək ki, ətrafdakı yaşayış və ictimai binaların tarixi görkəminin bərpası işləri indidavam edir.

Zaqataladakı möhtəşəm tikililərdən biri də Heydər Əliyev Mərkəzinin inşası davam edən binasıdır. 2013-cü ilin aprelində inşasına başlanılmış mərkəzdə muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Binanın həyətində üç hovuzun tikintisi və 700 kvadratmetr ərazidə yaşıllıq salınması nəzərdə tutulub. Tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılan mərkəzdə 25-30 nəfər işlə təmin olunacaq.

Olimpiya idman kompleksi, diaqnostika mərkəzi və digər tikililər Zaqatalaya xüsusi yaraşıq verir. Heydər Əliyev Mərkəzi isə bu siyahını daha da zənginləşdirməklə yanaşı, milli arxitektura nümunəsi kimi şəhərin gözəlliyini daha da artıracaq.

Ötən ilin mayında baş vermiş güclü zəlzələlər Zaqatalada dağıntılara səbəb olsa da, dövlətin yüksək qayğısı sayəsində böyük tikinti və yenidənqurma işləri görülüb. Əsaslı bərpa və yenidənqurmadan əlavə iyirmiyə yaxın məktəb binası, 4 minədək fərdi ev tikilib. Bu siyahıya uşaq bağçalarını, körpələr evini də əlavə etmək olar. Elə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş "Tumurcuq" uşaq bağçası da son dövrün maraqlı tikililərindəndir. Ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi yarım hektar olan 100 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. Yüksək səviyyədə müasir standartlara uyğun tikilmiş bu bağçada hər cür şərait yaradılıb. Bağça bu il avqustun 17-də istifadəyə verilib.

Zaqatalanı tanıtdıran özəlliklərdən biri də onun gözəl xasiyyətli, səmimi və mehriban sakinləridir. Onlar görülən işləri, dövlətin qayğısını yüksək qiymətləndirməklə yanaşı, çalışırlar ki, öz fəaliyyətləri ilə vətənə, xalqa gərəkli olsunlar. Bilirlər ki, qədimliyin və müasirliyin qovuşduğu Zaqatalanın daha xoş gələcəyi onların işgüzarlığından və əməllərindən də çox asılıdır.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2013.-  20 sentyabr.- S. 10.