Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

 

Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.

Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. Məlum olduğu kimi, ölkəmizin kifayət qədər güclü donanması vardır. Bu gəmilər bir çox hallarda xarici ölkələrdə təmir edilir. Digər tərəfdən, Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə  müxtəlif illərdə xaricdən xeyli sayda tanker, yük gəmisi və bərə almışdır. Bakı gəmiqayırma zavodunun işə düşməsindən sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiri burada aparılacaqdır. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar bir daha gəmiqayırma zavodunun Azərbaycanın iqtisadi inkişafının daha da sürətlənməsində nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirir. Digər tərəfdən, son illərdə Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələrdən biri olan bu zavodun inşası ölkəmizin iqtisadi gücünübütün sahələrdə öncül mövqelərə malik olmasını göstərir.

Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən videoçarxa və müəssisənin maketinə baxdı.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən Bakı gəmiqayırma zavodu MMC birgə müəssisəsi yaradılmışdır. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər.

Zavod Qaradağ rayonu ərazisində, Bakı-Astara magistral yolunun 25-ci kilometrliyində Keppel, Böyük Britaniyanın "Royal Haskoning" və Norveçin "TTS Handling System AS" şirkətlərinin birgə hazırladıqları konseptual layihə əsasında Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən inşa edilmişdir.

Diqqətə çatdırıldı ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilmişdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunacaqdır. Müəssisə artıq ilk sifarişini də qəbul etmişdir. Yeni layihə "Caspian Drilling Company LTD" tərəfindən verilən yarımqazma qurğusu - DSS 38M-dir. Gəmiqayırma zavodunda qurğunun pantonunun göyərtəsi, eyni zamanda, yuxarı göyərtə hazırlanacaqdır.

Dövlət başçısı zavodu işə saldı. Burada yarımqazma qurğusunun polad lövhəsinin ilk kəsimi aparıldı.

Azərbaycan Prezidentinə zavodun prosesi barədə məlumat verildi. Qeyd olundu ki, polad lövhələr profillər metal anbarından maqnitli kranlar vasitəsilə konveyerə yüklənir, sonra metal təmizləmə astarlama xəttinə ötürülür. Polad lövhələr profillər bir neçə mərhələdən ibarət təmizlənmə prosesindən keçir, xüsusi boya ilə astarlanır kranlar vasitəsilə elektron proqramlı rəqəmsal metalkəsmə maşınlarının platformalarına yüklənir. Maşınlarda polad lövhələr profillərdən gəminin gövdə konstruksiyasının elementləri işarələnərək kəsilib hazırlanır. Gövdə konstruksiya elementləri blok panellərinin hazırlanması üçün qaynaq xəttinə ötürülür. Bir günlük növbə vaxtı bu qaynaq xətti vasitəsilə hər birinin ağırlığı 25 tona qədər olan 6 müxtəlif panel hazırlana bilir. Sonra panellər digər istehsal sahəsinə ötürülür onlardan müxtəlif konfiqurasiyalı bloklar hazırlanır. Maksimum ağırlığı 300 tona qədər olan bloklar çoxtəkərli xüsusi hidravlik transportyor vasitəsilə təmizləmə rəngləmə sahəsinə gətirilir. İri bloklar bu sahədə tam qapalı şəraitdə təmizlənir, astarlanır rənglənir. Sonra bloklar transportyor vasitəsilə tikinti-quraşdırma sahəsinə daşınır. Burada bloklar birləşdirilərək gəminin gövdəsi tikilir. Baş köməkçi mühərriklər, mexaniki elektrik avadanlıq, hazırlanmış boru xətləri müvafiq sahələrdən gətirilərək gəmidə quraşdırılır.

Məlumat verildi ki, müəssisənin ümumi ərazisi 62 hektardır. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər anbarlar, istehsal təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilmişdir.

Bildirildi ki, zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaqdır. Müəssisədə 50 ton yükdartma gücünə malik ilk yedək gəmisi inşa edilmişdir.

Qeyd edildi ki, tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaqdır. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur. Müəssisənin idarə edilməsi məqsədilə xüsusi təlim mərkəzi yaradılmışdır. Test üsulu ilə seçilən bir qrup gənc mütəxəssis Keppel şirkətinin Sinqapurda yerləşən zavodlarında 6-8 ay müddətində təlim peşə hazırlığı kursları keçmişdir. Kadr hazırlığı işi bundan sonra da davam etdiriləcək gələcəkdə zavodda işləyənlərin ən azı 95-98 faizi yerli mütəxəssislərdən ibarət olacaqdır.

Prezident İlham Əliyev zavodun ərazisinin ilkin vəziyyətini tikinti prosesini əks etdirən fotostendə baxdı.

Dövlət başçısı mərasimdə çıxış etdi.

 

 

Azərbaycan.-2013.- 21 sentyabr.- S.1.