İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının

Kralı əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda

 

Əlahəzrət!

 

Əziz Qardaşım!

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz və əməkdaşlığımız öz davamlı inkişafı ilə bundan sonra da ölkələrimizin və qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq  diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 22 sentyabr.- S.1.