«Heydər Əliyevin neft strategiyası» miniatür kitabı təqdim edilmişdir

 

Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyevin neft strategiyası" miniatür kitabı təqdim edilmişdir. Həmçinin dahi siyasətçi Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar sərgisi keçirilmişdir.

Miniatür Kitab Muzeyinin yaradıcısı rəhbəri, Respublika "Kitab" Cəmiyyəti idarə heyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova rəhbəri olduğu mədəniyyət müəssisəsinin yaradılmasına ulu öndər Heydər Əliyevin göstərdiyi böyük diqqət qayğıdan danışmış, xatirələrini bölüşmüşdür.

Bildirmişdir ki, "Heydər Əliyevin neft strategiyası" miniatür kitabı 2010-cu ildə "İndiqo" nəşriyyatında Azərbaycan ingilis ("Heydar Aliyev's oil strategy") dillərində nəşr edilmişdir. Hər iki dildə 174 səhifədən ibarət miniatür kitab 38x53 formatındadır. Kitab hər iki dildə ayrılıqda 250 nüsxə nəşr edilmişdir. Azərbaycan dilində nəşrdə 14, ingilis dilindəki buraxılışda 17 şəkil yer almışdır.

Miniatür kitaba ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanma mərasimindəki nitqi Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasının 10 15 illiklərinə həsr olunmuş mərasimlərdəki nitqləri daxil edilmişdir.

Kitab qızıl basmanaxışla işlənmiş dəri futlyara (60x75)  yerləşdirilmişdir. Futlyarın üz tərəfində kitabın adı, əks tərəfində Qız qalası, kötüyündə "20.IX.1994 - 20.IX.2009" yazılmış, onların arasında isə neft platforması təsvir olunmuşdur.

Futlyarın sağ tərəfində kitab, sol tərəfində ümummilli lider Heydər Əliyevin portreti olan medal yerləşdirilmişdir. Medalın əks üzündə dəfnə zeytun budaqlarının əhatəsində 90 rəqəmi, yuxarısında isə səkkizguşəli ulduz təsvir edilmişdir. Moskva zərbxanasında hazırlanmış bu medalın müəllifi məşhur Moskva medalyeri İvan Kopıtkindir.

Nəşrin Azərbaycan dilində variantının sponsoru "Halal-H" MMC, ingilis dilində Sinqapurun "Caspian Shipyard Company" şirkətidir. 

Miniatür Kitab Muzeyini indiyədək 183101 nəfər ziyarət etmişdir.

Əməkdar incəsənət xadimi Zərifə Salahova belə gözəl məkanda təqdimat mərasiminə şərait yaradıldığına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Tədbir "Prezident olmaq..." ("Bıt prezidentom") sənədli filminin nümayişi ilə başa çatmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 22 sentyabr.- S.2.