Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib

 

Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar dünyanın nüfuzlu beyin mərkəzləri tərəfindən də təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu vurğulanır

 

 

Hər bir ölkənin, xalqın problemlərinin həllinin ən optimal yolu məhz iqtisadisosial tərəqqidən keçir. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Ötən illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Ümumiyyətlə, son on ildə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsi isə hər kəsin sosial təminat hüququnu tanıyır.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi ilk növbədə hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Son 10 ildə elmi əsaslarla yürüdülən sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər bugünkü uğurlarmızı şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən on il ərzində 1 milyon 200 min yeni yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 44 faizdən 6 faizə enməsidir. Bu ilin  altı ayında 55 min yeri açılmışdır. Onlardan 45 mini daimi yeridir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka kreditlərinin verilməsi, eləcə dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi artıma iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

İtaliyanın məşhur beyin mərkəzi - Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (Istituto per Gli Studi di Politica Internazionale - ISPI) "10 il hərəkətdə: Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatı bunu bir daha təsdiq edir. ISPI-nin analitiki Matteo Verdanın müəllifi olduğu hesabatda regionun hər üç dövlətində - Azərbaycan, Gürcüstan Ermənistanda son 10 ildə baş vermiş siyasi proseslər iqtisadi vəziyyət təhlil edilir, regiondakı əsas təhlükəsizlik təhdidləri nəzərdən keçirilir qarşıdan gələn onillik barədə proqnozlar verilir.

Regiondakı iqtisadi vəziyyətdən danışan müəllif qeyd edib ki, son 10 il ərzində region ölkələri fərqli iqtisadi inkişaf nəticələri əldə etmişlər. Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım tempinə nail olmuşsa, Gürcüstan Ermənistanda inkişaf çox zəif getmişdir. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan Gürcüstan iqtisadi geriləmə yaşasa da (bu ölkələrin ümumi daxili məhsulları böhran illərində müvafiq olaraq 14 4 faiz azalmışdır), Azərbaycan müsbət inkişaf tempini qoruyub saxlamışdır. Hesabatda vurğulanır ki, Dünya İqtisadi Forumunun son "Qlobal rəqabətqabiliyyətlilik indeksi"nə əsasən iqtisadi inkişaf baxımından Azərbaycan dünya dövlətləri arasında 39-cu, Gürcüstan Ermənistan isə müvafiq olaraq 72-ci 79-cu yerlərdə qərarlaşmışdır.

Hesabata əsasən son 10 illik dövr ərzində Azərbaycanda daxili proseslər siyasi sabitlik inkişafla yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuş siyasi sabitlik yaratmağa müvəffəq olmuş, dövlət quruculuğu prosesinə başlanılmışdır.  O, 2003-cü ildə səhhəti ilə əlaqədar prezident seçkilərində iştirak etməmişdir. Ötən on ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın davamlı inkişafını şərtləndirmişdir.

Sənəddə deyilir: "Azərbaycan qeyri-adi iqtisadi inkişaf göstəriciləri əldə etmiş, ortalama illik 12,2 faiz -  digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə iki dəfə sürətli iqtisadi artıma nail olmuşdur". Müəllif vurğulayıb ki, ötən onillik ərzində Azərbaycanın siyasi sistemi ən yüksək səviyyədə sabitlik nümayiş etdirmiş bu siyasi sabitliyin qarşıdakı on il ərzində davam edəcəyi gözləniləndir. Bu dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması, TANAP TAP boru kəmərləri layihələrinin reallaşması həm Azərbaycanın iqtisadi imkanlarını artıracaq, həm onun Avropadakı əməkdaşları ilə əlaqələrini gücləndirəcəkdir.

ABŞ-ın nüfuzlu beyin mərkəzinin bu günlərdə Azərbaycanın regional rolu ilə bağlı yaydığı hesabat da xüsusilə diqqəti cəlb edir. Vaşinqtonda fəaliyyət göstərən dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru Riçard Veytsin Azərbaycanın regional rolu ilə bağlı hesabatında mühüm məqamlar var. Qeyd edək ki, bu mərkəzin hesabatları əsasən ABŞ-ın NATO ölkələrinin xarici siyasət təhlükəsizlik üzrə rəsmi dövlət vəzifələrində çalışan qərarvermə prosesində yaxından iştirak edən şəxslər üçün nəzərdə tutulur.

Giriş, nəticə üç hissədən ibarət olan hesabatın birinci hissəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı tarixindən, artan "yumşaq güc"ündən, habelə digər təsir imkanlarından bəhs edilir. Qeyd edilir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xüsusilə son illərdə geniş iqtisadi, diplomatik "yumşaq güc"ə xas təsir imkanları əldə etmişdir.

Azərbaycan dövlətinin strategiyası ardıcıl siyasəti ona çox mürəkkəb qeyri-sabit bölgədə postsovet "travma"sını geridə buraxmaq müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşa çevrilə bilmək imkanı vermişdir. Müstəqillik illərində Azərbaycan uğurlu inkişafa ümumi daxili məhsulunu 60 dəfədən çox artırmağa nail olmuşdur.

Bildirilir ki, Azərbaycan ötən müddət ərzində neft gəlirlərindən səmərəli şəkildə istifadə edərək çox böyük iqtisadi problemləri aradan qaldırmış, yoxsulluğun səviyyəsini minimuma endirmiş, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olmuşdur. 1990-cı illərin sərmayə idxal edən ölkəsindən qonşu dövlətlərə investisiya yatıran ölkəyə çevrilməklə Azərbaycan bölgədə öz ayaqları üzərində inamla duran iqtisadiyyatı davamlı inkişaf edən ölkəyə çevrilmişdir. Bütün bunlar isə Azərbaycana özünün "yumşaq güc"ünün yeni vasitələrini inkişaf etdirməsinə imkan vermişdir.

Müstəqil Azərbaycan ötən on ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə bir çox problemləri geridə qoyur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının yeni mərhələdə uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü qüdrətli dövlətlərindən birinə çevirmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə, iqtisadi-siyasi potensialını effektiv surətdə reallaşdırmasına təhlükəsizliyini hərtərəfli təmin etməsinə təminat yaradır.

 

 Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 24 sentyabr.- S.1,6.