Keniya Respublikasının Prezidenti zati-aliləri cənab Uhuru Keniattaya

 

Hörmətli cənab Prezident!

Nayrobi şəhərindəki ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni qətiyyətlə dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxınlarına, bütün Keniya xalqına Azərbaycan xalqı adından öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 26 sentyabr.- S.2.