«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il  31 may tarixli 675-IVQD nömrəli qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 621; 2005, ¹ 2, maddə 64, ¹ 8, maddə 718; 2006, ¹ 7, maddə 590; 2007, ¹ 6, maddə 606; 2010, ¹ 4, maddə 287, ¹ 7, maddə 610; 2011, ¹ 11, maddə 998) 4.2.3-cü yarımbəndinə "4.3-cü maddəsinin birinci cümləsində (ikinci halda)" sözlərindən sonra "və 7.2-ci maddəsində" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 27 sentyabr.- S.1.