2013-cü il iyunun 27-də Bakı şəhərində və 2013-cü il iyulun 5-də Sofiya şəhərində imzalanmış «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında «Qara Dəniz Rotasiya Qüvvələri-2013» hərbi təliminə Sahib Ölkənin dəstək göstərməsi şərtlərinə dair Texniki Saziş»in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2013-cü il iyunun 27-də Bakı şəhərində və 2013-cü il iyulun 5-də Sofiya şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında "Qara Dəniz Rotasiya Qüvvələri-2013" hərbi təliminə Sahib Ölkənin dəstək göstərməsi şərtlərinə dair Texniki Saziş" təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 27 sentyabr.- S.2.