Azərbaycanın xarici işlər naziri Xəzər Forumunda iştirak etmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 68-ci sessiyasında iştirakı çərçivəsində Nyu-Yorkda Xəzər Forumuna qatılmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Xorvatiya, BosniyaHerseqovina, keçmiş Yuqoslaviya Respublikası, MakedoniyaAlbaniya xarici işlər nazirləri, həmçinin ABŞ-ın Beynəlxalq enerji məsələləri üzrə səfiri və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi iştirak etmişlər.

Forumda çıxış edən  Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası barədə ətraflı məlumat vermişregional enerji layihələrinin əhəmiyyətini vurğulamışdır. Nazir qeyd etmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və siyasi iradəsi ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməli qoyulmuş və "Əsrin müqaviləsi"nin imzalanması ilə reallaşmağa başlayan enerji dəhlizi bu gün daha da genişləndirilmişdir. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışan Elmar Məmmədyarov, TANAP və TAP layihələrinin strateji əhəmiyyətini xüsusilə qeyd etmişdir. Nazir bu layihələrin region dövlətlərinin iqtisadi tərəqqisi və sabitliyinin təmin olunmasında oynadığı roldan söz açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inkişafa mane törətdiyini qeyd edən nazir bu münaqişənin tezliklə həllinin vacibliyini vurğulamışdır. Bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal edilmiş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamənin tələblərini yerinə yetirməyən Ermənistan öz işğalçı siyasəti nəticəsində regionun bütün strateji layihələrindən kənarda qalmışdır.

 

Azərbaycan.-2013.- 27 sentyabr.- S.7.