«Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanını "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin "İxrac" bölməsinə aşağıdakı məzmunda abzas əlavə edilsin:

"Sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirləri və bərpa işləri ilə əlaqədar, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 sentyabr.- S.1.