Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə tanışlıq

 

Sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində olmuşdur.

Leyla xanım Əliyeva xüsusi məktəb üçün tikiləcək yeni korpusun layihəsinə baxdı.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan bu məktəb əsasən aztəminatlı ailələrdən olanvalideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, layihəyə əsasən məktəb üçün 420 şagird yerlik 7 mərtəbəli yeni korpus tikiləcəkdir.

Leyla xanım Əliyeva xüsusi məktəbin xarici dil və vətənpərvərlik kabinetlərində oldu, burada təhsil alan uşaqlarla görüşdü.

Daha sonra Leyla xanım Əliyeva məktəbin xorunun ifasında  "Sərhədçilər" mahnısını dinlədi. İdman zalında şagirdlər bacarıqlarını nümayiş etdirdilər.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 28 sentyabr.- S.2.