2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində «Konstitusiya» Araşdırmalar Fondunun «exit-poll» keçirmək üçün qeydə alınması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/186

 

 

"Konstitusiya" Araşdırmalar Fondu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Fransa Respublikasının "Opinion Way" Tədqiqat Şirkəti ilə birlikdə (texniki dəstəyi ilə) "exit-poll" keçirmək niyyətində olduğunu bildirib, bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 19 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları" ilə "exit-poll" keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən "Konstitusiya" Araşdırmalar Fondunun akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Bu Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən "exit-poll" keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və göstərilən Təlimatın 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:

1. "Konstitusiya" Araşdırmalar Fondu 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27.09.13

Azərbaycan.-2013.- 28 sentyabr.- S.4.