2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/187

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli səlahiyyətli nümayəndələr təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

 

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

- İbrahim Rəhim oğlu Hacıyev

- İlham Müslüm oğlu Murtuzayev

- Ramil Cavanşir oğlu Carçıyev

- Qabil Nüsrət oğlu Bünyatov

- Allahverdi Hüseyn oğlu Hüseynov

- Arifə Oruc qızı Hüseynli

- Məryəm Rəsul qızı Oruclu

- Hacıağa Vəli oğlu Dadaşov

- Rövşən Əlihüseyn oğlu Dəmirov

- Hökümə Mürşüd qızı İbrahimli

- Abbas Bəhrəm oğlu Namazov

- Bədirxan Tərxan oğlu Ağayev

- Elşən Rüstəm oğlu Axundov

- Ramiz Yunis oğlu Novruzov

 

- İkram İsrayıl oğlu İsrafil

- Cahangir Hüseyn oğlu Əmirov

 

- Əvəz Bəbirxan oğlu Temirxan

- Nazim Azad oğlu Əliyev

- Qadir Nadir oğlu Xudabaxşiyev

- Teyyub Saday oğlu Xəlilov

- Asif Qənbər oğlu Yusifov

- Məmməd Səfər oğlu Talıblı

- Sətdar Xanoğlan oğlu Şahlarov

- İlham Nəriman oğlu Quliyev

- Nurəddin Telman oğlu Rüstəmov

- Aytəkin Kapitan qızı İmranova

 

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27.09.13

Azərbaycan.-2013.- 28 sentyabr.- S.5.