«Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolu» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində "Azərbaycan Respublikasının hüquq sisteminin inkişafında prokurorluq orqanlarının rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfransda bu qurumun məsul vəzifəli şəxsləri, Konstitusiya və Bakı Apelyasiya məhkəmələrinin hakimaparat işçiləri, Daxili İşlər Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələri və digər şəxslər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan baş prokurorun birinci müavini Rüstəm Usubov Azərbaycan Prokurorluğunun tarixi barədə məlumat vermişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun statusunun müasir demokratik cəmiyyətlər üçün səciyyəvi prokurorluq modelinə uyğun formalaşdırıldığını vurğulamışdır.

R.Usubov ulu öndər Heydər Əliyevin tövsiyələrinə, xüsusən də 2000-ci il aprelin 26-da prokurorluğun rəhbər işçiləri ilə görüşü zamanı proqram xarakterli çıxışında verdiyi göstərişlərə əsasən prokurorluqda geniş islahatların həyata keçirildiyini, islahat tədbirlərinin bütün fəaliyyət istiqamətləri, xüsusən də korrupsiyaya qarşı mübarizə, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, kadrlarla sahələri üzrə uğurlu nəticələr verdiyini, prokurorluğun hüquq-mühafizə orqanları və məhkəmələr ilə münasibətlərinin sağlam və işgüzar təməl üzərində qurulduğunu, bu münasibətlərin əldə edilmiş nailiyyətlərə əhəmiyyətli təsir göstərdiyini, prokurorluğa hərtərəfli qayğı və diqqət yetirildiyini, prokurorluğun fəaliyyətinin və cəmiyyətdə rolunun yüksək qiymətləndirildiyini bildirmişdir.

Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxışını prokurorluğun statusunun və fəaliyyətinin nəzəri əsaslarına və özəlliklərinə, cəmiyyətdə və dövlət mexanizmində roluna, funksiyalarına, onların inkişaf perspektivlərinə həsr etmişdir. O vurğulamışdır ki, prokurorluğun uğurları ölkədə gedən ümumi pozitiv proseslərdən qaynaqlansa da, onların həcmi əhəmiyyətli dərəcədə prokurorluq daxilində aparılmış islahat xarakterli dəyişiklərlə bağlı olmuşdur. Prokurorluğun strukturunun optimallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bir çox hallarda isə yenidən yaradılması, kadr siyasəti və sair addımlar onun dövlət mexanizminin vacib bir elementi kimi ənənəvi rolunu, cəmiyyətdə etimadını və nüfuzunu saxlamağa imkan vermişdir. Prokurorluq müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, onun qarşısında duran caristrateji məsələlərin həllində ölkə rəhbərliyinin yaxın köməkçisi olmuşbundan sonra da olacaqdır.

Konstitusiya Məhkəməsinin məhkəmə qərarlarının icrasına nəzarət sektorunun müdiri İntiqam Eyvazov təmsil etdiyi qurum ilə Azərbaycan Respublikası Prokurorluğu arasında yaranmış səmərəli əlaqələr barədə geniş məlumat vermişdir. O, bu əlaqələrin cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də məhkəmə-istintaq təcrübəsinin təkmilləşdirilməsinə böyük təsir göstərdiyini vurğulamışdır.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev çıxışında prokurorluğun dövlət mexanizminin mühüm elementi olduğunu əsaslandıraraq ədalət mühakiməsinin həyata keçirilməsi kimi əhəmiyyətli bir dövlət funksiyasının yerinə yetirilməsində, hüquq sisteminin, hüquq mədəniyyətinin inkişafında yüksək səmərə ilə iştirak etdiyini qeyd etmişdir.

Elmi-praktik konfransda Daxili İşlər Nazirliyini təmsil edən Vüqar Tağıyev, Vəkillər Kollegiyasının üzvü Elmar Kərimov, Qusar rayon prokuroru Zahid Vəliyev, Salyan rayon prokuroru Firdovsi Nemətli, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Rövşən Əliyev və digərləri insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu, korrupsiyaya qarşı mübarizənin inkişaf perspektivləri, rayon prokurorluqlarında işin, o cümlədən vətəndaşların qəbulu və müraciətlərə baxılması işinin təşkili məsələləri ətrafında çıxış etmişlər.

Mövzular ətrafında müzakirələr zamanı aktual problemlərə dair geniş fikir mübadiləsi aparılmışdır.

Rüstəm Usubov konfransa yekun vuraraq onun səmərəli keçməklə canlı müzakirələrlə müşayiət edildiyini, iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini, prokurorluğun müasirləşdirilməsi üçün onun fəaliyyətinin hüquqi və metodoloji əsaslarının, təcrübənin daim təkmilləşdirilməsinin vacib olduğunu qeyd edərək tədbirin bu istiqamətdə atılan addımlardan biri olacağını bildirmişdir.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.6.