Azərbaycan mətbəxi nümunələrinin təqdimatı fransızlarda maraq oyatmışdır

 

Parisdə fəaliyyət göstərən "Azərbaycan evi" "Avropa və Şərq evi" ilə əməkdaşlıq çərçivəsində  "Dilçilikkulinariya emalatxanası" adı altında keçirilən festivalda  iştirak etmişdir. Bu layihənin əsas məqsədi fransız ictimaiyyətinə təqdim olunan dilləri milli mətbəx vasitəsilə tanıtmaqdır. Ölkəmizi layiqincə təmsil edən "Azərbaycan evi"nin üzvləri fransızları zəngin mətbəximizin nümunələrindən olan dovğakükünün hazırlanması qaydaları ilə yaxından tanış etmişlər.

"Azərbaycan evi"nin sədri Mirvari Fətəliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, Azərbaycan dili, onun tariximilli mətbəximiz barədə təqdimat iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonra yeməklərin hazırlanması qaydaları izah olunmuşdur. Hazırlıq əsasında yalnız xörəklərin bişirilməsi qaydası deyil, eyni zamanda, Azərbaycan xalqının adət-ənənələri haqda geniş məlumat verilmiş, reseptdə işlədilən sözlər və qaydalar  izah olunmuşdur. "Azərbaycan evi"nin üzvlərinin təqdimatı iştirakçılar arasında xüsusi maraq doğurmuşonlar dovğakükünün hazırlanmasında yaxından iştirak etmiş, dilimiz və mətbəximiz barədə çoxlu suallar vermişlər.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində "Azərbaycan evi" bu tədbirdə iştirak etmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAcn xüsusi müxbiri

Paris

Azərbaycan.-2013.- 28 sentyabr.- S.12.