Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş «Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı»nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə 426, ¹ 9, maddə 851, ¹ 12, maddə 1248) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 5.1-ci bəndində "və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları" sözləri ",18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 sentyabr.- S.3.