Ötən il Azərbaycan Diplomatik Akademiyası üçün çox uğurlu olmuşdur

 

Ötən 2012-ci il Azərbaycan Diplomatik Akademiyası (ADA) üçün çox uğurlu olmuşdur.

Həmin il sentyabrın 21-də ADA-nın yeni tədris kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılış mərasimində iştirak etmiş, akademiyanın müəllim-professor heyəti, tələbələri, eləcə də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsinin iştirakçıları qarşısında çıxış etmişdir.

ADA-dan AzərTAc-a bildirmişlər ki, yeni kompleksdə biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilmişdir. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulmuşdur.

Sentyabrın 26-dan 30-dək ADA-nın təşkilatçılığı ilə beynəlxalq münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumu keçirilmişdir. Forumda təxminən 60 ölkədən 90-dan çox rektordekan iştirak etmişdir.

Ötən il ADA-ya bakalavr pilləsi üzrə 160, magistr pilləsi üzrə isə 30 tələbə daxil olmuşdur. Akademiyada tələbələrinin təhsil aldıqları xarici ölkələrin sayı 19-dan 22-yə çatmışdır. Onlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən beynəlxalq təqaüd hesabına təhsil alırlar.

Həmin il ARDNŞ-nin maliyyə yardımı ilə Xəzər Enerji və Ətraf Mühit Mərkəzi yaradılmışdır. Mərkəz əsasən enerji və ətraf mühit məsələləri ilə bağlı araşdırmalar aparır, nəşrlər hazırlayır. Mərkəz regionun aparıcı enerji şirkətləri ilə birlikdə seminarlarkonfranslar da təşkil edir.

"Executive" təhsil proqramı əfqanıstanlı dövlət qulluqçuları üçün ADA-da qanunun aliliyidemokratiya mövzusunda təlimlərin keçirilməsi, yerlixarici nümayəndələrin iştirakı ilə enerji məsələlərinə dair yay məktəbinin təşkili, azərbaycanlı dövlət qulluqçuları üçün Avropa İttifaqı araşdırmaları haqqında Cin Monet kurslarının aparılması kimi uğurlu layihələri davam etdirmişdir.

2012-ci ildə ADA-nın tələbələri Türkiyə və Gürcüstan da daxil olmaqla bir neçə regional ölkəyə səfərlər etmiş, Azərbaycanın NATO-dakı nümayəndəliyinin dəstəyi ilə Brüsseldə alyansın baş qərargahında olmuşlar. Bir neçə tanınmış şəxs, o cümlədən NATO-nun Baş katibi Anders Foq Rasmussen, Latviyanın Baş naziri Valdis Dombrovskis, Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və başqaları ADA-da mühazirə oxumuşlar.

Ötən il ADA regional məsələlərlə bağlı məqalələrin yer aldığı iki həftədən bir çıxan analitik "Azərbaycan dünyada" jurnalının nəşrini davam etdirmişdir. ADA, həmçinin "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabı nəşr etdirmişdir.

Həmin il Ankarada fəaliyyət göstərən Yaxın Şərq Texniki Universitetində azərbaycanlı və türk doktorantlarının araşdırma seminarı təşkil edilmişdir. Bu seminarın nəticəsi olaraq ABŞ-ın və Avropanın aparıcı universitetlərindən bir neçə azərbaycanlı fəlsəfə doktoru ADA-da işləməyə dəvət edilmişdir.

2012-ci ildə ADA İspaniyanın, Qətərin, Perunun, Serbiyanın, Mərakeşin Diplomatik akademiyaları, Latviyanın Vytautas Magnus Universiteti də daxil olmaqla xarici ali təhsil ocaqları ilə 8 qarşılıqlı anlaşma memorandumu imzalamış və Aİ-nin "Erasmus Mundus" proqramına qoşulmuşdur. Maastrixt İdarəetmə İnstitutu ilə "Executive MBA"ya dair xüsusi ikili dərəcə proqramının imzalanması istiqamətində işlər davam etdirilir.

 

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.7.