Qəbələ sosial-iqtisadi inkişafını uğurla davam etdirir

 

İldən-ilə Qəbələ rayonu da sosial-iqtisadi uğurlarını artırır. İstər iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə, istərsə də ümumi məhsul istehsalına görə qazanılan göstəricilər əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bütün bunlar isə əhalinin rifahının yaxşılaşmasına ciddi şəkildə təsir edir. 2003-cü ilin oktyabrından 2012-ci ilin oktyabrınadək Qəbələdə 8670-i daimi olmaqla, 10718 yeni yerinin açılması bir daha sübut edir ki, rayonda insanların çalışmaları, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, Qəbələnin sənaye müəssisələrində çalışanların orta aylıq nominal əməkhaqqı 300 manat olub. Bu isə 2011-ci illə müqayisədə 9 faiz çoxdur.

Rayonda əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılmasına daim diqqət yetirilir. Qəbələ şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərlə yanaşı, Vəndam, BumNic qəsəbələrinə  müxtəlif diametrli borularla ümumilikdə 18040 p/m daşıyıcı qaz xətti çəkilib. Bum qəsəbəsi və Nohurqışlaq kəndinin qazlaşdırılması üçün isə tikinti işlərinə başlanılıb, Nic qəsəbəsi və Qəmərvan kəndi istiqamətində daşıyıcı qaz xətlərinin çəkilişi davam edir.

Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. İndiyədək 6 subartezian quyusu qazılıb, 2 ədəd 1000, 4 ədəd 600 və 4 ədəd 500 kubmetrlik su anbarının, həmçinin laboratoriya binasının tikintisi başa çatdırılıb. Anbarlar su ilə doldurularaq germetikliyi yoxlanılıb. Qurğulardaxlorator binasında tamamlama işləri görülür. Qaraçay, Durca, Qarasu su mənbələrində yerləşən anbarlar lildən və qumdan təmizlənərək cari təmir işləri aparılıb.

Bu bölgəyə xas olan həlli vacib məsələlərdən biri yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından qorunmasıdır. Rayon ərazisindən keçən Dəmiraparan, Bum, Həmzəli, Tikanlı, Vəndam və Türyançay çaylarında 764 min kubmetr çay məcrası təmizlənib, 225 kubmetr qabion bəndi qurulub və 1872 kubmetr daş beton bəndi təmir edilib.

Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli görülsə də, sinif otaqları çatışmadığına görə 21 məktəb hələ də ikinövbəli sistem üzrə fəaliyyət göstərir.

Qəbələ şəhər 5 nömrəli, Bum qəsəbə və Bılıx kənd tam orta məktəbləri üçün yeni binanın tikintisinə və təmirinə ciddi ehtiyac olduğu üçün ötən il bu sahə üzrə xeyli tikinti işləri görülüb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Topbağ kəndində 80, Tövlə kəndində 180, Nic qəsəbəsində 360, Solquca kəndində 80 yerlik ümumi, tamibtidai məktəb binaları, həmçinin Bum qəsəbəsində 25 yerlik uşaq bağçası tikilib istifadəyə verilib. Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işləri görülüb. Digər tikinti işləri, o cümlədən Kiçik Pirəli kəndində 180 şagirdlik tam orta məktəb binasının, Çuxur Qəbələ kəndindəki hotelin, Yengicədəki "İstisu" Sağlamlıq Mərkəzinin yeni korpusunun, "ASPİ-AQRO" MMC-nin Qaradeyin kəndindəki şərab zavodunun inşası davam edir. Qəbələ-Küsnət-Laza avtomobil yolunda və həmin yolda Durca və Dəmiraparan çayları üzərindəki körpülərdə, eyni zamanda şəhər məscidinin binasında işlər tamamlanmaq üzrədir. Qəbələ Beynəlxalq Hava Limanı-Qəbələ magistral avtomobil yolundakı tikinti və abadlıq işləri də öz axarındadır.

İnşası davam edən obyektlər sırasında şəhər Futbol Akademiyası, stadionlar, atçılıq, "Karvansaray" hotel kompleksləri, Qəbələ Konqres Mərkəzinin binası, Bum qəsəbəsində stendox atıcılığı kompleksi, Durca müvəqqəti yaşayış ərazisində Kanat yolu və "Tufan" dağ-xizək yay-qış istirahət kompleksivar. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev 2012-ci ilin 10 sentyabrında  Qəbələyə səfəri çərçivəsində yuxarıda sadalanan tikinti obyektlərinə də baş çəkmiş və işlərin gedişi ilə maraqlanmışdır.

Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, yeni layihəyə əsasən Qəbələ ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq sahədə qolf meydançasının, qolf klubunun, hotel binasının və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulub.

Qəbələdə tikinti-yenidənqurma işlərinin miqyası çox genişdir. Bütün bu işlər isə rayonun simasını dəyişməklə yanaşı, turizm potensialını da artırır. Son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Qəbələdə 14 mədəniyyət evi, 22 klub, Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi, dövlət rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi, mərkəzləşdirilmiş kitabxana sistemionun 26 filialı, tarix-bədii qoruğu fəaliyyət göstərir.

Qəbələ TurizmHotelçilik üzrə Peşə Tədris Mərkəzi isə rayonda bu sahənin inkişafında, hotel, mehmanxana və digər xidmətlərin həyata keçirilməsi üzrə kadr hazırlığında mühüm rol oynayır. 2012-2013-cü tədris ilindən etibarən mərkəzdə turizm xidmətinin yeni sahələri üzrə qruplar da fəaliyyət göstərməyə başlayıb.

Turizmin perspektivini şərtləndirən amillərdən biri də AMEA-nın TarixEtnoqrafiya İnstitutunun alimləri tərəfindən Qəbələ Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntılar nəticəsində Qəbələnin və bütövlükdə Qafqaz Albaniyasının tarixi baxımından çox qiymətli tapıntıların aşkarlanmasıdır. Tapılan tarixielmi eksponatlar Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində toplanaraq onların görüntüləri elektron diskə köçürülüb. Azərbaycan, rusingilis dillərində hazırlanmış broşürlərdə qədim Qəbələ haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Bir sözlə, bu gün Qəbələ sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev Qəbələyə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Qəbələ rayonunun sürətli inkişafı ulu öndər Heydər Əliyevin bu rayonun gələcəyi ilə bağlı müəyyən etdiyi inkişaf proqramının nəticəsidir. Qəbələdə çəkilən yollar, salınan parklarxiyabanlar, tikilən yeni binalar və sənaye müəssisələri həmin proqramın real həyatımızda təsdiqidir".

 

 Telman NƏZƏRLİ,

Azərbaycan.-2013.- 11 yanvar.- S.5.