Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə

 

Hörmətli cənab Prezident!

Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 yanvar 2013-cü il

 

Azərbaycan.-2013.- 15 yanvar.- S.1.