Böyük alim, müdrik ağsaqqal

 

Azərbaycan arxeologiyaetnoqrafiya elmlərinin inkişafına sanballı töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, böyük alimictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadovun 85 yaşı tamam olur.

Akademik Teymur Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün deyil.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1955-ci ilin may ayında T.Bünyadov Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə ArxeologiyaEtnoqrafiya İnstitutu ilə bağlıdır.

T.Bünyadov 1968-ci ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiyaetnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

1960-cı ildə Teymur Bünyadovun "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı nəşr edildi. Bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin və təbii muzey kimi formalaşdığı sübuta yetirilib. Əsərdə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi  işıqlandırılır. 1975-ci ildə isə o, "Əsrlərdən gələn səslər" əsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır.

Akademikin fəaliyyəti daha çox Azərbaycanın arxeologiyaetnoqrafiya elmi ilə bağlıdır. Teymur Bünyadov 29 monoqrafiyanın, 1000-ə yaxın  məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveçs.) nəşr olunmuş əsərlərin müəllifidir. Onun rəhbərliyi altında  2007-ci ildə ilk dəfə böyük tirajla "Azərbaycan etnoqrafiyası" üçcildliyi nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Onun rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Qəbələnin tarixi", "Qəbələ folkloru" və "Qəbələnin etnoqrafiyası" adlı üçcildliyi çapa hazırlanmış, rusingilis dillərinə tərcümə edilmişdir.

Akademik Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiyaetnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə "Azərbaycanın xalça sənəti" adlı beynəlxalq konfransdakı çıxışları böyük maraqla qarşılanmışdır.   

T.Bünyadovun yaradıcılıq fəaliyyətinin digər bir istiqaməti də bədii yaradıcılıqdır. Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq bir-birinin ardınca yazdığı "Ana Kürüm", "Qızıl qaya", "Mərd qalalar, sərt qayalar", "Zirvəqala" və başqa əsərləri elmi yaradıcılığının bir növ davamı hesab oluna bilər. Həmin əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti  qələmə alınmışdır.

Azərbaycan mətbuatında müəllifin çoxsaylı hekayələri çap olunmuş, 1991-ci ildə "Göz yaşları" romanı yüksək tirajla geniş oxucu auditoriyasına təqdim edilmişdir. Müəllifin "Xan çinar kölgəsində", "Anam birdi, vətən tək", "Başı çalmalı dağlar" adlı üçcildlik bayatılar kitabı oxucuların böyük rəğbətini qazanmışdır. Bu kitablarda zorla cəlb olunduğumuz ədalətsiz müharibənin dəhşətlərindən söz açılır, xalqımızın qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunur.

Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də 50 ildən artıq fəaliyyət göstərmişdir. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində Azərbaycan tarixi, Qədim dünya tarixiArxeologiya fənlərindən dərs demişdir.

Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında Teymur Bünyadovun radioteleviziyada təşkil etdiyi verilişlər də təqdirəlayiqdir. T.Bünyadov iki ildən çox Azərbaycan Dövlət Televiziyasında böyük maraqla izlənən "Əsrlərdən gələn səslər" adlı verilişin təşkilatçısı və aparıcısı olmuşdur. "Kölgələr sürünür" bədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi T.Bünyadovun xidməti böyükdür.

Teymur Bünyadov öz elmi məktəbini yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 25-dən çox aspirantdissertant alimlik zirvəsinə yüksəlmişlər.

Dağlıq Qarabağda baş verən hadisələr zamanı görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən "Qız var oğuldan qeyrətli", "Cavanşir", "Atropat", "Babək", "Şəmsəddin Eldəniz" və s. bu kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radioteleviziyada çıxış etmiş, müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olmuşdur.

Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin müddətdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi də fəaliyyət göstərmişdir. Sonralar ictimai fəaliyyətini davam etdirən akademik T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olmuşdur. T.Bünyadov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

T.Bünyadov AMEA Humanitarİctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar Cəmiyyətinin üzvü olmuşdur.

Hazırda akademik Teymur Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya"  ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, respublika elmi tədqiqatların tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, "AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)", "Tarixonun problemləri", "İpək yolu", "Təkamül", "Müasir mədəniyyətşünaslıq", "Qarapapaqlar" jurnallarının redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

T.Bünyadovun səmərəli elmi, elmi-pedaqojiictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuş, 2008-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Akademik Teymur Bünyadov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Olduqca ədalətli insandır, onda müdriklik, yüksək ziyalılıq keyfiyyəti vardır. Teymur Bünyadov Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan nurlu şəxsiyyətlərimizdəndir.

Akademiki 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının  

prezidenti, akademik

 

Azərbaycan.-2013.- 19 yanvar.- S.7.