Ermənistan seçki uçurumunun astanasındadır

 

Hakimiyyət prezident seçkilərini saxtalaşdırmaq üçün artıq fəaliyyətə başlayıb

 

 Gələn ay keçiriləcək prezident seçkiləri ərəfəsində Ermənistanda siyasi vəziyyətin yenidən gərginləşdiyi aydın müşahidə olunur. Hadisələrin inkişaf istiqaməti 2008-ci ilin martında olduğu kimi, Ermənistanda qarşıdurmaların yaşanacağını, hətta vətəndaş müharibəsinin belə başlana biləcəyini istisna etmir. Ölkə müxalifəti isə bəyan edir ki, bunu şərtləndirən əsas səbəb hakimyyətin seçkilərin nəticələrini saxtalaşdırmaq üçün indidən müxtəlif tədbirlər planına start verməsidir. Belə ki, hakimyyət inzibati resurslardan istifadə edərək ictimai rəyi öz lehinə dəyişmək istəyir. Bunun üçün isə iqtidarın nəzarətində olan media vasitələrindən geniş şəkildə istifadə olunurbu hal müxalifətin ciddi narazılığına yol açır.

Analoji prosesin seçki üzrə rəsmi təbliğat kampaniyasında özünü göstərəcəyi də proqnozlaşdırılır. Yeri gəlmişkən qeyd edək ki, yanvarın 21-də Ermənistanda prezident seçkiləri üzrə rəsmi təbliğat kampaniyasına başlanılıb. Həmin gündən etibarən dövlət başçısı postuna bütün namizədlər İctimai televiziyanın və radionun efirində ödənişli və ödənişsiz vaxt alacaqlar, eləcə də özəl televiziyaradiostansiyalardan efir almaq imkanına malik olacaqlar. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlər İctimai televiziyanın efirində 60 dəqiqə, İctimai radioda isə 120 dəqiqə ödənişsiz efir vaxtından istifadə edə biləcəklər.

Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatma nəticəsində yanvarın 21-də ilk olaraq ödənişsiz efir vaxtından Payurk Ayrikyan yararlanıb, fevralın 16-da isə onu hazırkı prezident Serj Sarkisyan başa vuracaq. Təbliğat kampaniyası fevralın 17-də gecə yarısı başa çatacaq. Lakin özəl telekanallarda qiymət baha olduğundan müxaliflər efir vaxtı ala bilmir. Hakimiyyət isə əksinə, belə kanallarda özünü gen-bol reklam edir. Müxaliflər bildirir ki, bununla iqtidar yenidən büdcə pullarını havaya sovurduğunu nümayiş etdirir.

Belə bir vaxtda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistanda seçkiqabağı durumu araşdıran nümayəndə heyəti də bir sıra məsələlərlə bağlı narazılığını ifadə edib. Heyət seçici siyahılarındakı qeyri-dəqiqlikdən narahatlığını bildirib. AŞ PA müşahidə missiyasının rəhbəri Karin Voldset qeyd edib ki, seçici siyahılarının dəqiqliyi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün əsas şərtlərdən biridirbu problemin həlli üçün verilmiş tövsiyələr Ermənistanda yerinə yetirilməyib. K.Voldset cəmiyyətin qarşıdakı seçkilərə kifayət qədər maraqinam göstərməməsinin də narahatlıq doğurduğunu söyləyib: "Seçkilərə bir ay qalıb, lakin cəmiyyətdə kifayət qədər maraqinam yoxdur. Cəmiyyətin namizəd irəli sürəcəyinə ümid bəslədiyi siyasi qüvvələr seçki prosesinə inamları olmadığı üçün prezidentlik yarışında iştirakdan imtina ediblər və bu da ciddi narahatlıq doğurur".

K.Voldsetin fikrincə, əsas müxalif qüvvələrin seçkidə iştirakdan imtina etməsi seçicilərin seçim imkanlarını məhdudlaşdırıb və acınacaqlı vəziyyət yaradıb.  O bildirib ki, bir halda ki, hazırkı seçkilər ölkədə demokratiyanın inkişafı üçün əhəmiyyətlidir, onda cəmiyyətin etibarının bərpa edilməsi vacibdir.

Karin Voldset 2012-ci ildəki parlament seçkiləri zamanı olduğu kimi, inzibati resursların geniş istifadəsinin və seçicilərin ünvanına təhlükə hallarının təkrarlanmayacağına, həmçinin prezident postuna bütün namizədlər üçün eyni, o cümlədən onlar üçün bərabər işıqlandırma vasitəsilə xüsusi şəraitin yaradılacağına ümidini ifadə edib. Lakin bu ümidlər özünü hələ ki, doğrultmur.

Vəziyyətin acınacaqlı olduğunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın bu günlərdə yerli mətbuatda dərc olunmuş müsahibəsi də təsdiq edir. Maraqlıdır ki, eks-prezident seçkilərə qatılmamasını məhz yerlipərəstliklə bağlayıb: "Keçmişdə silahdaş olmuş iki qarabağlı arasında mübarizə mənim üçün qəbuledilməzdir". Daha sonra o, Serj Sarkisyanı öz yerinə prezident qoyduğunu da etiraf edib: "İndiki prezidenti öz varisim mən özüm etmişəm və  onun ikinci dəfə prezident seçilmək istəməsi də anlaşılandır".

Sabiq prezident mənsub olduğu Qarabağ klanının Ermənistanı fəlakətə sürüklədiyini də dolayısı ilə etiraf edib: "Əhalinin Ermənistanı tərk etməsi dayanmır, bu artıq əmək miqrasiyası deyil. Doğumun aşağı olması və əhalinin qocalması şəraitində bu meyil həddindən artıq təhlükəlidir".

Daha sonra o, Ermənistan hökumətinin iqtisadi artım barədə xalqa danışdığı yalanlara toxunub: "İqtisadiyyat artmağa başlayıb, amma sərmayələrin azaldığı bir şəraitdə bu, dayanıqlı olacaqmı? Axı, hətta 2012-ci il üçün gözlənilən 7 faizlik artım şəraitində biz müvafiq rəqəmlərdə 2008-ci ilin səviyyəsinə çatmayacağıq (98 faiz təşkil edir). Özü də dövlət borcunun ümumi daxili məhsulda payı üç dəfə artıb, borcun özünün strukturu da pisləşib". Koçaryan Qarabağ klanının Ermənistanın siyasi mühitiniiflasa aparlığını etiraf edib: "Siyasi rəqabətə gəldikdə isə, seçkilər öncəsi o, kukla rəqabətinə çevrilib. Bu hakimiyyətin effektiv işinə mane olur və cəmiyyətdə apatiya yaradır".

Robert Koçaryanın müsahibəsini oxuyanların rəyləri də maraqlı olub. Ermənistanda yaşayan bir oxucu müsahibəyə şərh yerində Ermənistanın keçmiş təhlükəsizlik naziri David Şahnazaryanın "Armenia Today" saytında 2011-ci il 8 dekabr tarixdə dərc edilmiş sözlərini xatırladıb: "Qarabağ klanının erməni dövlətçiliyinə vurduğu zərəri türkiyəlilərlə azərbaycanlılar birlikdə vura bilməyiblər".

Seçkilər ərəfəsində hakimiyyətə bir sürpriz Rusiyadan gəlib. Belə ki, Ermənistan üçün Rusiya qazının qiyməti ilə bağlı yekun qərar qəbul edilib: aprelin 1-dən "Qazprom" Ermənistana 1000 kubmetr qazı hazırkı 180 dollar əvəzinə 240 dollara satacaq. Elə bu səbəbdən məlumatlara görə, Ermənistanın energetika və təbii resurslar naziri Armen Movsisyan prezident seçkilərindən sonra kreslosu ilə xudahafizləşəcək. "Çorrord İnknişxatunyun" qəzetinin verdiyi xəbərə görə, prezident seçkilərindən sonra yeni hökumət formalaşacaqMovsisyan kabinetin tutduğu vəzifədən uzaqlaşdırılacaq üzvlərindən biri olacaq.

Ermənistanda iqtisadi sahədə vəziyyətin pisləşməsi də hakimiyyət üçün böyük problem olaraq qalır. "Haykakan Jamanak" qəzeti yazır ki, bank sahəsində böhran qızışır. İlk öncə, bu, kreditlərin qaytarılması ilə bağlıdır. Müştərilərin çoxu borcunu qaytarmaq durumunda deyillər. Ermənistanın dörd bankında artıq ciddi problemlər başlayıb.

Ermənistan KİV-ləri yazır ki, bu ölkənin maliyyə və bank sektorları yaxın zamanlarda, sadəcə, çökə bilər. Qeyd olunduğu kimi, kreditlərin qaytarılması ilə bağlı, ciddi problemlər baş qaldırıb. Belə ki, borc götürənlər banklar qarşısında öhdəliklərini yerinə yetirə bilmirlər və yenidən kreditləşmə getdikcə daha geniş yayılır. Yəni borc götürənlər banka olan borclarını ödəmək üçün başqa bankdan kredit götürürlər.

Banklar yeni vəsait tətbiq etmək üçün Mərkəzi Bankın iri maliyyə mənbəyi tapacağına ümid edirlər. Lakin Mərkəzi Bank belə maliyyə mənbəyi tapmaqda acizdir və bu səbəbdən vəziyyətin daha da pisləşməsi gözlənilir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 22 yanvar.- S.10.