Əsl ziyalılıq vətən təəssübkeşliyindən, xalqa məhəbbətdən qaynaqlanır

 

Ziyalılıq nə bugünün, nə də dünənin terminidir. Bu anlam keşməkeşli dünyamızın daha dərinliklərinə gedib çıxır. Müqəddəs nurdan bəhrələnən və onun daşıyıcıları olan ziyalılarda vətən təəssübkeşliyi, xalqa məhəbbət daha qabarıq nəzərə çarpır. Elə məqamlar olur ki, ziyalı sözü önə çıxır.

Hər zaman mövqeyi, hadisələrə münasibəti, dövlətçiliyə sədaqəti, vətən övladlarının fikir və düşüncələrini düzgün yola istiqamətləndirmək bacarığı ilə seçilən ziyalılarımız olub, onlar üçün hər şeydən vacib dəyər dövlətçiliyimizin, milli dəyərlərimizin, tarixi ənənələrimizin qorunmasıdır. Bugünümüz də hər bir ziyalımızdan bunu tələb edir. Eyni zamanda ziyalılarımız  xalq, dövlət üçün vacib məsələlərin həllinə öz töhfələrini verməlidir. Tək ziyalılarımız deyil, hər bir vətəndaşımız, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq vətən torpağı üzərində gəzən, onun suyunu içib, havasını udan hər bir insan Azərbaycan dövlətinin qanuni maraqlarını qorumağa borcludur.

Çox təəssüflər olsun ki, ziyalı adını üstünə götürən bəzi insanların mövqeyində və ictimai-siyasi fəaliyyətində bunları görmürük. Əksinə, belə bədnam ziyalılar öz dövlətinin mövqeyini, milli maraqlarını, tapdalanmış hüquqlarını müdafiə etmək əvəzinə, bu dövlətə, xalqa düşmən kəsilənlərə öz hərəkətləri ilə dəstək verirlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun və siyasi fəaliyyəti iflasa uğramış Eldar Namazovun bilavasitə təşəbbüsü ilə yaradılan "Ziyalılar Forumu"nun məqsədi nədir? Bu, Rüstəm İbrahimbəyovun Azərbaycan dövlətçiliyinə qara yaxmaq yolunu tutmuş bəzi mətbu orqanlara verdiyi bəyanatlardan, çıxışlarındakı ifadələrdən aydın görünür. Onun tez-tez şüurlara sırımağa çalışdığı "üçüncü qüvvə" termini heç bir reallığa söykənmir.

Rüstəm İbrahimbəyov yaxşı bilir ki, Azərbaycanın işlək siyasi institutları, legitim Prezidenti, dünyanı heyrətləndirən uğurları, sabit cəmiyyəti var. Əgər bilmirsə və ya bilmək istəmirsə, ona müəyyən məqamları xatırlatmaq istərdik. Gərək ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi proseslər, dövlət müstəqilliyimizin bərpası və onu həm daxildən, həm də xaricdən istəməyən qüvvələrin beşikdə ikən boğmaq cəhdləri, hakimiyyət uğrunda gedən dartışmalar, AXC-Müsavat tandeminin yarıtmaz fəaliyyəti, ölkəni parçalanmaya, vətəndaş müharibəsi həddinə və xaosa sürükləməsi yaddan çıxmamış ola. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, dövlətçiliyimiz üçün son dərəcə təhlükəli olan faktorların aradan qaldırılması, dövlət quruculuğu, demokratik cəmiyyətin yaradılması sahəsində dünyanı heyrətləndirəcək dərəcədə görülən işləri, aparılan islahatları, Azərbaycanımızın beynəlxalq nüfuzunun artmasını Rüstəm İbrahimbəyov xatırlamamış olmaz. Ulu öndərin daxilixarici siyasətini ölkə başçısı möhtərəm Prezident

İlham Əliyevin uğurla davam etdirməsi hamının gözü qarşısındadır. Respublika nəhəng bir tikinti meydanını xatırladır. Qlobal layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, ən mötəbər məclislərdə söz sahibi olması, ən yeni texnologiyaların ölkəyə gətirilməsi, dünya xəritəsində çox da böyük yer tutmayan respublikamızın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv qəbul edilməsi, inflyasiyanın və işsizliyin,  demək olar ki, heçə endirilməsi ölkə başçımızın uğurları deyilmi? Nədən Rüstəm İbrahimbəyov, Eldar Namazov və digər bədxahlar bunları görə bilmirya görmək istəmirlər? Özlərini "üçüncü qüvvə" kimi cəmiyyətə sırımağa çalışmalarının məqsəd və məramı aydındır. Onlar xaricdəki həmfikirləri ilə birlikdə antimilli siyasət yürüdərək hakimiyyət iddiası eşqinə düşmüşlər. Prezident seçkiləri ərəfəsində ölkədə qarışıqlıq salmaq niyyətindədirlər. Lakin onların bu niyyətləri heç vaxt reallaşmayacaq. Çünki bu xəstə təxəyyüllü insanların xalq arasında heç bir dayağı yoxdurola da bilməz. Xalq artıq çoxdan ağı qaradan ayırıb. Onlar bu hərəkətləri ilə yalnız antiazərbaycançı şəbəkənin dəyirmanına su tökə bilərlər. Qəzəblə, kinlə, qisas hərisliyi ilə danışmaq heç kimə  hörmət gətirmir. Şəxsi ədavəti siyasi üsullarla həll etmək də mümkün deyil. Ona görə də Eldar Namazov, Rüstəm İbrahimbəyov kimi "renaqatlar" dəstəsi ilk gündən ictimaisiyasi baxımdan özünü doğrulda bilmədi və təbii ki, buna görə də  onların xam xəyalları, niyyətləri puç olacaq. Çünki xalq belələrini qəbul etmir.

 

 

Fəxrəddin MƏMMƏDOV,

Azərbaycan Tibb Universitetinin Azərbaycan tarixi

 kafedrasının müdiri, tarix elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.2.