Ombudsmanın Ahıllar üçün Resurs Mərkəzində seminar

 

BMT-nin İqtisadi Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik ilk yeganə qadın təşkilatı olan Azərbaycan Qadın İnkişaf Mərkəzinin (AQİM) nəzdində formalaşmış Ahıllar üçün Resurs Mərkəzində növbəti seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, ombudsman Elmira Süleymanovanın sədrliyi ilə "Yaşlı insanların reabilitasiya, qabaqlayıcı şəfaverici xidmətlərdən faydalanması" mövzusunda keçirilən seminarda iştirakçılara AQİM  haqqında məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, E.Süleymanova 2001-ci ildən rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının - Azərbaycan Qadın İnkişaf Mərkəzinin nəzdində "Ahılların Resurs Mərkəzi"ni yaratmış bununla, xeyirxah bir missiyanın əsasını qoymuşdur.

Bu mərkəz ahılların fiziki psixi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda, istirahətlərinin, asudə vaxtlarının mənalı keçirildiyi ölkəmizdə analoqu olmayan yeganə məkandır.

Ahılların Resurs Mərkəzində ödənişsiz həyata keçirilən fərdi kollektiv məşğələ saatlarının, o cümlədən psixoloji seminar-treninqlərin, hüquqşünas həkim məsləhətlərinin nəticələri göstərir ki, həqiqətən, yaşından asılı olmayaraq, insan öyrənməyə meyillidir öyrəndiklərinin tətbiqi onun həyatına yeni rəng verir, çox vaxt hətta həyatını, yaşayışını dəyişməyə imkan yaradır, xüsusilə, ahıl insanı fəal həyat mövqeyinə sövq edir. Mərkəzin tədbirlərinə qaçqın məcburi köçkün, tənha analar şəhid ailələrindən olan ahıllar da qatılmışlar. Xeyirxah işə xidmət edən bu qurum az müddətdə faydalı fəaliyyəti uğurları ilə tanınmışdır. Təcrübə göstərir ki, belə mərkəzlərin, həmçinin zorakılıq qurbanları üçün sığınacaqların təşkilinə ehtiyac vardır.

Nəsillər arasında körpü yaratmaq, bir-birinə inam, hörmət, diqqət kimi nəcib hisslərin tərbiyə olunması müvəkkilin təşəbbüslərinin ana xəttini təşkil edir bunlar müvəkkilin daha bir resurs mərkəzi olan "Uşaq Gənclərin Sülh Şəbəkəsi"ndə geniş formada həyata keçirilir. Şəbəkənin uşaqları nəsillər arasında öz təcrübələri nəsihətləri ilə körpü yaradan ahıllarla birgə tədbirlər həyata keçirirlər. Bayram günlərində təşkil olunan tədbirlər, yaşlıların yanında olmaq onları cəmiyyətin həyatında iştirak etməyə daha da həvəsləndirir. "Ahılların Resurs Mərkəzinin" "Uşaq Gənclərin Sülh Şəbəkəsi"nin fəalları şeir, mahnı səhnəciklərlə qonaqları sevindirmişlər.

Sonda müvəkkil qonaqlara seminara qatıldıqları üçün təşəkkürünü bildirmişdir.

E.Süleymanova Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın, "Ahılların hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı"nın, eyni zamanda, 2002-ci ildə Madriddə qəbul olunmuş Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10 illiyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən Vyana konfransının (Vyana, 2012) prinsiplərini nəzərə alaraq, ölkəmizdə yaşlı insanların sağlamlıq rifahının qorunmasının prioritet olduğunu vurğulamış, adı çəkilən resurs mərkəzinin təcrübəsinə istinadən rayon icra hakimiyyətlərinin nəzdində ahıl insanların sosial, psixoloji, tibbi hüquqi tələbatlarının ödənilməsinə yardımçı olmaq məqsədi ilə belə mərkəzlərin təşkil edilməsini məqsədəuyğun hesab etmişdir.

Müvəkkil bu istiqamətdə insan hüquqlarının həyata keçirilməsi baxımından zəif hesab olunan qrupların, o cümlədən ahılların hüquqlarını daha səmərəli qaydada təmin etmək məqsədi ilə aidiyyəti qurumları da cəlb etməklə əməkdaşlıq səylərinin gücləndirilməsini və zəruri tədbirlərin həyata keçirilməsini tövsiyə etmişdir.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.6.