Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
Aprelin
25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Çexiya
biznes forumu işinə başlamışdır.
AzərTAc
xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə
keçirilən tədbirdə hər iki tərəfdən
maliyyə, sənaye, ətraf mühit, kənd və meşə
təsərrüfatı, enerji, tikinti sahələrində fəaliyyət
göstərən 60-dan çox iş adamı iştirak edir.
Tədbirdə iqtisadiyyat
və sənaye nazirinin müavini
Niyazi Səfərov çıxış
edərək Azərbaycan-Çexiya iqtisadi
əlaqələrinin inkişaf etdiyini, indiyədək iki
dövlət arasında 20-dən çox
sənədin imzalandığını, ölkələrimiz
arasında hökumətlərarası komissiyanın, parlamentlərarası
əlaqələr üzrə işçi
qruplarının fəaliyyət göstərdiyini demişdir.
Azərbaycan.-2014.-26 aprel.-S.4.