Azərbaycan Prezidenti İlham Əliyev Andorranın keçmiş

 Baş naziri Oskar Ribas Reyqi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Andorra Knyazlığının keçmiş Baş naziri Oskar Ribas Reyqi qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Andorra Knyazlığı arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfəsini verəcəyinə əminlik ifadə olundu.

 

Azərbaycan.-2014.-27 aprel.-S.1.