"Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 87                    Bakı şəhəri, 19 mart 2014-cü il

 

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli fərmanının 1.2.2-ci, 1.2.3-cü və 1.2.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Viza blankının doldurulması Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Viza almaq üçün ərizə-anket"in nümunəsi təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsi təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 2 aprel.- S.1.