İsa Mustafa oğlu Hüseynov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat etmişdir.

İsa Hüseynov 1928-ci il iyun ayının 12-də Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1950–1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954–1964-cü illərdəLiteraturnıy Azerbaydjanjurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, 1964–1979-cu illərdə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında redaktor, baş redaktor ssenari kollegiyasının üzvü olmuşdur. O, 1979-cu ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olmuşdur. Aydın mövqeli yazıçı Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə həyatı boyu yorulmadan yazıb yaratmışdır.

Tariximizin qədim dövrlərdən bəri ən müxtəlif mərhələlərində baş verənləri böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olmuşdur. Ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Mühüm sosial həqiqətlərdən söz açaraq, dərin vətəndaşlıq ruhu ilə səciyyələnən bu əsərlərdə ustad yazıçı ana dilinin potensial poetik imkanlarından yüksək dərəcədə bəhrələnmək məharəti nümayiş etdirmişdir.

İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınırdı. Onun əsərləri əsasında çəkilən xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur. Yazıçı, həmçinin xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət qazandıran əsərləri ilə nəsrimizi ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etmişdir.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, fəxri ad ordenlərə layiq görülmüş, Azərbaycan Respublikasının ali dövlət mükafatıİstiqlalordeni ilə təltif edilmişdir.

Görkəmli nasir ssenarist, səmimi təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Kamal Abdullayev

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Anar Rzayev

İsa Həbibbəyli

Fikrət Qoca

Çingiz Abdullayev

Söhrab Tahir

Nəriman Həsənzadə

Vaqif Səmədoğlu

Mövlud Süleymanlı

Zəlimxan Yaqub

Şəfiqə Məmmədova

Eldar Quliyev

X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün 2014-cü il aprelin 2-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.

 

Azərbaycan.-2014.- 2 aprel.- S.3.