Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in

 Bakı layihə əlaqələndiricisini qəbul etmişdir

 

 

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.-3 aprel.-S.1.