Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri

 Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olmuşdur

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri

 

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.

Dövlətimizin başçısı Türkiyənin Baş nazirini sarayın həyətində qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.

Sonra təkbətək görüş oldu. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

Azərbaycan.-2014.- 5 aprel.- S.1.