“ADA” Universitetində ikinci Azərbaycan-Fransa

 universitetlərarası forumu keçirilir

 

 

Aprelin 4-də “ADA” Universitetinin, Fransanın Azərbaycandakı səfirliyinin Kampüs Fransagentliyinin birgə təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa universitetlərarası forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, forumda Azərbaycanın Fransanın ali təhsil sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilmişdir.

Tədbirdə çıxış edən ADA–nın rektoru, səfir Hafiz Paşayev bildirmişdir ki, forumun məqsədi Fransanın ali təhsil ocaqları haqqında daha dolğun məlumat əldə etməkdir.

Hafiz Paşayev xalqlarımız dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmışdır.

Tədbirin əhəmiyyətindən danışan ADA-nın rektoru həm Fransa, həm Azərbaycan tələbələrinin bu forumdan yararlanacağına ümidvar olduğunu bildirmişdir.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Hafiz Paşayev ADA ilə bir çox ölkələrin universitetləri arasında əməkdaşlığın genişləndiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından bu sahədə görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə rəhbərliyi üçün prioritet istiqamətlərdəndir. Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sektorunda da mühüm layihələr həyata keçirilir uzunmüddətli dövlət proqramları hazırlanır.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət ProqramıTəhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilir. İstedadlı gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasını nəzərdə tutan Proqram çərçivəsində bugünədək çoxlu sayda azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilmişdir. Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü kadr potensialının formalaşmasında da mühüm rol oynayır. Proqram çərçivəsində 2612 tələbə dünyanın müxtəlif universitetlərində təhsil almaq hüququ qazanmışdır.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməyin əhəmiyyətinə toxunmuş, bu münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışdır.

Fransanın Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək əzmində olduğunu diqqətə çatdıran diplomat, birgə çalışmaq üçün böyük imkanların olduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə “ADA” Universiteti Fransanın İESEG Menecment İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

Forum öz işini aprelin 5-də təhsil sərgisi ilə davam etdirəcəkdir. Sərgidə tələbələr Fransada təhsil imkanları, mövcud təqaüdlər barədə məlumat əldə edəcəklər. Eyni zamanda, Fransanın ali məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş keçiriləcəkdir.

Azərbaycan.-2014.- 5 aprel.- S.6.