Səyahət sənədinin təsviri
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 2 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1 nömrəli əlavə
1. Səyahət sənədi
(bundan sonra - sənəd) A4 formatındadır.
Sənəd Avropa İttifaqı Şurasının
1994-cü il 30 noyabr tarixli Tövsiyəsi ilə təsdiq edilmiş Avropa İttifaqının
standart səyahət sənədinə uyğundur.
2. Sənədin sağ hissəsində sənəd
sahibinin fotoşəkli
üçün yer nəzərdə tutulmuşdur.
Fotoşəkil Beynəlxalq Mülki
Aviasiya Təşkilatının
(ICAO-nun) 9303 nömrəli sənədinin
tələblərinə uyğun
olmalıdır.
3. Sənədin:
3.1. yuxarı orta hissəsində alt-alta
“AZƏRBAYCAN RESPUBLİKASI/REPUBLİC OF AZERBAİJAN” sözləri yazılır,
həmin sözlərdən
aşağıda Azərbaycan
Respublikasının Dövlət
gerbinin rəngli
təsviri verilir, gerbin təsvirindən aşağıda alt-alta
“SƏYAHƏT SƏNƏDİ/TRAVEL DOCUMENT” sözləri
yazılır;
3.2. sağ yuxarı hissəsində sənədin
nömrəsi yazılır;
3.3. sol yuxarı hissəsində yuxarıdan
aşağıya doğru
aşağıdakılar göstərilir:
3.3.1. “Hansı ölkəyə/Travel
to”;
3.3.2. “Adı/First name”,“Soyadı/Surname”;
3.3.3. “Doğum tarixi/Date of birth”;
3.3.4. “Doğulduğu yer/ Place of
birth”;
3.3.5. “Cinsi/Sex”, “Boyu/Height”, “Gözlərinin rəngi/Eye
colour”;
3.3.6. “Xüsusi əlamətləri/Distinguishing
marks”;
3.3.7. “Vətəndaşlığı/Nationality”;
3.3.8. “Ölkəsindəki yaşayış
ünvanı (məlumdursa)/Address
in home country (if known)”;
3.4. sol aşağı hissəsində möhür
üçün yer nəzərdə tutulur. Ondan sağda yuxarıdan aşağıya
doğru aşağıdakılar
göstərilir:
3.4.1. “Sənədi verən orqanın adı/İssuing authority”;
3.4.2. “Sənədin verilmə tarixi/ Date of issue;
3.4.3. “Etibarlıdır/Validity period”;
3.4.4. “İmza/Signature”;
3.5. möhür yerindən aşağıda
alt-alta “Əlavə qeydlər/Remarks/Observations” və
“Bir səfər üçün nəzərdə
tutulub./ Valid for one journey
only.” sözləri yazılır.
Azərbaycan.-2014.- 6 aprel.- S.1.